Şair Pərviz Arifin Adı Leylaydı şeirlər kitabı işıq üzü görüb - +FOTOLAR ( AZpress.AZ - Natiq İsayev)

Şair Pərviz Arifin “Adı Leylaydı” şeirlər kitabı işıq üzü görüb +FOTOLAR ( AZpress.AZ - Natiq İsayev)

AZpress.AZ xəbər verir ki, şair Pərviz Arifin “Adı Leylaydı” şeirlər kitabı “Parlaq imzalar” nəşriyyatında işıq üzü görüb. 25 noyabr tarixində kitabın təqdimatı baş tutub. Bu müəllifin sayca üçüncü kitabıdır. Kitabda şairin müxtəlif vaxtlarda qələmə aldığı seçmə şeirlər toplanmışdır. 

 

Pərviz Arifin yaradıcılığı ilə bağlı tanınmış şairlər öz rəylərini bölüşüblər:

 

Pərviz Arifin yaradıcılığına ötəri nəzər kifayətdir ki, istedadını və zəhmətkeşliyini görəsən. Onun üçün forma məhdudiyyəti yoxdur. Həm əruz, həm heca, həm də sərbəst vəznlərdə yazır və hər birində də özü olmağa, özünü tapmağa çalışır.


İlqar Fəhmi


Bir quyuya düşmüşəm ki, suyu yox
Burda adam bilmir necə boğula;
...ismi hələ ki, təkcə öz qəzəllərində keçir, bəlkə də, bir gün xanəndə-danəndələrin dilində səslənəcək;
...Kitabı tezliklə açılasıdı;
Gözümün yaşını, Pərviz, yenə daşdım, tökdüm
Qəzəlin ardı da var, ismini çaşdım, çəkdim – deyən Pərviz Arifin...

 

Qulu Ağsəs

 

Hörmətli oxucu, siz də, əminəm ki, mən gələn qənaətə gələcəksiniz. Əmin olacaqsınız ki, Pərviz şairdir. Sözün böyüklüyünü, qədrini bilən, hörmətini saxlayıb hörmətə mindirən şairdir.

 

Arif Buzovnalı

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !