Günay Əfəndiyeva: - Naxçıvan tək Azərbaycanın deyil,ümumilikdə Türk Dünyasının mühüm elm və mədəniyyət mərkəzlərindən birinə çevrilib (+FOTO)

Günay Əfəndiyeva: Naxçıvan tək Azərbaycanın deyil,ümumilikdə Türk Dünyasının mühüm elm və mədəniyyət mərkəzlərindən birinə çevrilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, “Son illər muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri tək Azərbaycanın deyil, ümumilikdə Türk Dünyasının mühüm maarif, elm və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Burada qədim eposlarımızın qəhrəmanları Dədə Qorqud, Koroğlunun heykəlləri ilə yanaşı, əslən Naxçıvandan olan Türk Dünyasının görkəmli ədəbiyat və incəsənət xadimləri Əcəmi Naxçıvani, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Bəhruz Kəngərli və digər görkəmli şəxsiyyətlərin xatirələri yaşadılır. Bu şəhər Türk Dünyasının böyük oğlu, onun inkişafına, güclənməsinə hər zamandəstək olan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vətənidir.”

Bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunda çıxışı zamanı deyib.

Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən bəhs edən G.Əfəndiyeva iki ay öncə Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi münasibətilə bu gözəl şəhərin möhtəşəmHeydər Əliyev Sarayında keçirilən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təntənəli təqdimat mərasimindən danışıb.

Çıxışı zamanı gənclərə müraciət edən Fondun rəhbəri sahib olduğumuz mədəniyyətin qorunması və dünyada təbliğində gənclərdən çox şey asılı olduğunu bildirib. O, həmçinin dağılma təhlükəsi ilə üzləşən bir çox tarixi abidələrin, o cümlədən Dağlıq Qarabağ və işğal altında olan ərazilərdə məhv olmasının qarşısını almaq üçün cavan nəslin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib.

 

G.Əfəndiyeva Fond tərəfindən Türk Dünyası gənclərini bir araya toplamaq, bir-birləri ilə daha da yaxından tanış etmək məqsədi iləFonda üzv olan türkdilli ölkələrdən cəlb olunacaq gənclər üçün təşkil olunacaq düşərgə layihəsi üzərində işlər aparıldığını bildirib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !