Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib -

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

AZpress.AZ xəbər verir ki, 26 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
İclasda 2017-ci il üzrə HSŞ hesabatının yekun versiyası iştirakçılara təqdim edilib, 2017-ci il üzrə İcmal HSŞ hesabatının mətni müzakirə edilərək təsdiq olunub.
Bunlarla yanaşı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !