Nizami kinoteatrında "Xüsusi Təyinatlı İbad 2" filminin təqdimat mərasimi keçirildi - +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli) YENİLƏNDİ

Nizami kinoteatrında "Xüsusi Təyinatlı İbad 2" filminin təqdimat mərasimi keçirildi +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli) YENİLƏNDİ

AZpress.AZ xəbər verir ki, 24.11.2018 -ci il tarixndə Nizami kinoteatrında "Xüsusi Təyinatlı Ibad 2" filminin təqdimat mərasimi keçirildi. Mərasimdə Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu , Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Xalq Qəhrəmanı Ibad Hüseynli, Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü , BMAM sədri Rufiz Qonaqov , Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər IB-nin sədri Hüseyin Böyükfirat, Türkiyənin məşhur filmlərinin rejissoru Öner Klıc,Türkiyəli sənətçilər , Qarabag qaziləri və Azərbaycanın tanınmış simaları iştirak edirdi! Onu da qeyd edək ki, filmin ilk açılışı 15.11. 2018 ci il tarixində Naxçıvan Muxtar Rspublikasında keçirilmişdir. Filmin tanıtımı bir çox xarici ölkələrdə nəzərdə tutulur. 

 

                                                                             ***

 

Nizami Kino Mərkəzində “Xüsusi təyinatlı İbad-2” filmi təqdim edilib

 

Noyabrın 24-də Nizami Kino Mərkəzində Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqda çəkilmiş “Xüsusi təyinatlı İbad-2” filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının aparıcılığı ilə keçən təqdimat mərasimində əvvəlcə filmin yaradıcı heyəti səhnəyə dəvət edilib.

Filmin ssenarı müəllifi Cəlaləddin Qasımov çıxış edərək film barədə məlumat verib. Bildirib ki, filmdə ermənilərin Kür çayı sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Filmdə, həmçinin Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları çəkiliblər.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adından tədbir iştirakçılarını salamlayan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bildirib ki, İbad Hüseynov təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının qəhrəman övladıdır. Çünki erməni terroristləri haqsız, hüquqsuz işğal etdiyi Qarabağ torpaqlarında vəhşiliklər törədərkən, anaların gözləri önündə övladlarını qətlə yetirərkən onları sadəcə türk deyə öldürmədilər, həmçinin müsəlman deyə öldürdülər. Bu cür qəhrəmanlar toplumların milli refleksləridir. Belə filmlər gənc nəslin milli ruhunun yüksəlməsinə təkan verir.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, millətləri millət edən onların qəhrəmanlarıdır. “Qəhrəmanlarımızın keçdiyi şərəfli yolu gələcək nəsillərə öyrətmək lazımdır. Bunun üçün keçmişimizi yaxşı öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Bu torpaqlar çox qəhrəmanlar yetişdirib. Birimiz gedərkən, minimiz gələrik”, - deyə səfir qeyd edib.

Filmin yaradıcı heyəti mükafatlandırıldıqdan sonra ekran əsəri tamaşaçılara təqdim edilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !