Qapına gəldim, İlahi! - - Sona Vəliyeva

Qapına gəldim, İlahi! - Sona Vəliyeva

Qapına gəldim, İlahi! 

 

Günahımla, suçumla,
Savabımla, borcumla,
Ürək adlı boğçamla
Qapına gəldim, İlahi!

 

Bir ömür də gül əkdim,
Sevinc verib, qəm çəkdim,
Yerdən öncə mələkdim,
Aldandım gəldim, İlahi!

 

Ömrüm özüm biçimdə,
Sevgim, duam içimdə,
Yol başladım içimdən,
Qapına gəldim, İlahi!

 

Sonum əvvələ bəlli,
Üç ağıllım, beş dəlim...
Nə əkmişdim, nə dərim?
Əliboş gəldim, İlahi!

 

Kimə qaldı yurd yeri?
Əlim çatmır, əl verin...
Ürəyi qəm-nisgilli,
Qapına gəldim, İlahi!

 

Yol tikana bələndi,
Naxışlar ilmələndi,
İçim-dərd qıfılbəndi
Qapına gəldim, İlahi!

 

Çox, azım sənə bəlli,
Dua, yazım sənə bəlli,
Etirazım sənə bəlli,
Qapına gəldim, İlahi!

 

Bir yol açılar, gəlləm,
Bir gün seçilər, gəlləm,
Bir gün öncədən biləm,
Deyəm ki, gəldim, İlahi!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !