Əflatun Amaşovun Milli Məclisdə keçirilən plenar iclasdakı çıxışı -

Əflatun Amaşovun Milli Məclisdə keçirilən plenar iclasdakı çıxışı

"Mən «Deputatların etik davranış qaydaları haqqında» Qanuna dəyişikliklərlə bağlı danışmaq istərdim.

10-cu maddədə olan dəyişiklikdə hədiyyə alma ilə bağlı məhdudiyyətlərdən bəhs olunur. Yəni deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yuxarı hədiyyə qəbul edə bilməz. Mən də belə qənaətdəyəm ki, bu məbləğ çox azdır. Başqa ölkələrdə bu rəqəm dəfələrlə böyükdür. Ancaq nə etməli? Onda gərək «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda bu rəqəmi dəyişək. Yəni orada həmin məbləğin artırılması ilə bağlı təklif irəli sürək. Belə olarsa, bu problemimiz həllini tapacaq.

O ki qaldı maraqların toqquşmasının qarşısının alınması məsələsinə, düşünürəm ki, bu, çox vacibdir. Əlbəttə, heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində stutusundan öz maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarananda maraqlardan imtina etməlidir.

Burada deyilənlər ayrı-ayrı ölkələrdə çoxdan qəbul olunub. Özü də çox sərt formada. Böyük Britaniyada bəzən elə ola bilər ki, deputat parlamentin yeməkxanasında belə xərclədiyi pulun hesabatını verər. Almaniyada deputat cinayətdə ittiham olunarsa, onu elə iclas salonundan təcridxanaya aparırlar. Elə ölkələr də var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ümumən ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etməsə, onu çox ağır cəza gözləyir.

Əslində hörmətli Əli müəllimin rəhbərlik etdiyi komitədə təklif edilən düzəlişlərin hazırlanmasından əvvəl beynəlxalq təcrübə kifayət qədər öyrənilib. Necə deyərlər, onların sularının suyunu sıxıb çıxardaraq bu düzəlişləri hazırlayıblar.

Onu da deyim ki, beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilir. İstərdim ki, gəlir deklorasiyasının tətbiqini, bu dəfə olmasa da, yəqin ki, artıq gecdir, növbəti dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazası da mövcuddur. Belə olarsa, həm cəmiyyətə nümunə olarıq, həm də digər sahələrdə də gəlir deklorasiyasının tətbiqi sürətlənər. Və növbəti Zamirə Hacıyevalar olmaz.

Burada Milli Məclisdə hansı dildə danışmaqla bağlı fikirlər də səsləndi. Mən bu düşüncədəyəm ki, hər hansı başqa variant ola bilməz. Dilimiz Azərbaycan dilidir. Biz müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Dilimiz də müstəqilliyimizin əsas atributlarından biridir". 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !