TORPAQŞÜNAS ALİMLƏR CEYRANÇÖL ƏRAZİSİNDƏ TƏDQİQAT İŞİ APARIBLAR - (+FOTOLAR)

TORPAQŞÜNAS ALİMLƏR CEYRANÇÖL ƏRAZİSİNDƏ TƏDQİQAT İŞİ APARIBLAR (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin rəhbəri, aqrar üzrə fəlsəfə doktoru, dos. İsmayıl Quliyev və həmin şöbənin baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Mahmud Xəlilov Ceyrançöl alçaq dağlığı ərazisində torpaq tədqiqatında olmuşlar.

Çöl ekspedisiyası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi əsasında "İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)" mövzusu ilə əlaqədar təşkil olunmuşdur.

10 gün davam edən tədqiqat zamanı torpağın genetik qatları üzrə torpağın fiziki xüsusiyyətləri öyrənilmiş, torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaqəmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər tədqiq edilmişdir. Qoyulmuş torpaq kəsimləri əsasında morfoloji təsvir və analiz üçün nümunələr götürülmüşdür.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !