Hər kəsi Caspian Ecology IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edirik - (+FOTO)

Hər kəsi “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edirik (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Bakı Ekspo Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə keçirilən “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi 16 noyabr 2018-ci il tarixində də davam edəcək.

Sərgidə şirkət nümayəndələrinin, sahibkarların maraq dairəsinə uyğun ekoloji dost texnologiyalar və ekologiya sahəsində həyata keçirilən fəaliyyətləri əks etdirən, o cümlədən uşaqların dünya görüşünü artıra biləcək və maraqlarına səbəb olacaq stendlər nümayiş olunur. Sərgi çərçivəsində viktorinalar da təşkil edilir və qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılır.

Hər kəsi sərgi ilə yaxından tanış olmağa dəvət edirik. Sərgiyə getmək istəyənlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısından hər iki saatdan bir avtobus təşkil olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !