Musiqili Teatr bu həftə də tamaşaçıların zövq müxtəlifliyini nəzərə alıb - (+FOTOLAR)

Musiqili Teatr bu həftə də tamaşaçıların zövq müxtəlifliyini nəzərə alıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, zəngin repertuara malik Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi bu həftə də tamaşaçıların zövq müxtəlifliyini nəzərə alıb.

mətbuat xidmətindən bildirilib ki, Musiqili Teatr orta ümumtəhsil müəssisələrində payız tətili günləri ilə əlaqədar təhsil işçilərinin və müxtəlif yaş qruplarından olan azyaşlı uşaqların, şagirdlərin maraq dairələrinə uyğun, bir-birindən maraqlı tamaşalar təqdim edəcək.

Noyabr ayının 16-da saat 19:00-da Hacıbəylilər nəslinin nümayəndələrinin şərəfli ömür yolunu özündə əks etdirən “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşası, 17-də saat 12:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyov), həmin gün saat 19:00-da milyonların sevimli gülüş ustası Xalq artisti Afaq xanım Bəşir qızının iştirakı ilə “Toya bir gün qalmış” ( Ə. Səmədli) komediyası, 18-də saat 19:00-da absurdaləmin şah əsəri - “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) tamaşaları nümayiş olunacaq.

Teatrın kollektivi həmişə olduğu kimi, bu dəfə də rus dilli balaca teatr həvəskarlarını unutmayıb. Belə ki, onların tətil vaxtlarının şən və əyləncəli keçməsi üçün noyabrın 16-da saat 10:30 və 13:00-da “Yağış göbələyinin macərası” (R.Şəfəq,V.Zimin), 18-də saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) və saat 15:00-da “Qoğalın məcarası” (Rus xalq nağılı) tamaşalarını rus dilində təqdim edəcək.

Nümayiş olunacaq maraqlı tamaşalarda rolları Xalq artistləri Afaq Bəşirqızı, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nəsibə Eldarova, Svetlana Bulax, Şövqi Hüseynov, Anton Ferştandt, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Elçin İmanov, Əliməmməd Novruzov, Gülcahan Salamova, Gülnarə Əzizova, Rauf Babayev, Yulya Heydərova, Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Tellnaz Hüseynova, Ruslan Mürsəlov, Gülnarə Abdullayeva,Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli, Aydan Həsənova, Şaban Cəfərov, Mehriban Zalıyeva, Fərid Rzayev, Pərviz Məmmədov, Eleanora Mehdiyeva, Mehriban Rəcəbova, Elməddin Dadaşov, Valeriya İsgəndərzadə, kiçik yaşlı aktyorlar Rahib Məmmədzadə, Hüseyn Nağıyev və başqaları ifa edəcəklər.
Tətil günlərini xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, “iticket.az” saytından əldə edə bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !