Akademik Milli Dram Teatrının Manqurt tamaşası Bişkekdə uğurla nümayiş olunub - (+FOTO)

Akademik Milli Dram Teatrının “Manqurt” tamaşası Bişkekdə uğurla nümayiş olunub (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə
Azərbaycanı Qırğız Respublikasında keçirilən beynəlxalq teatr
festivalında böyük uğurla təmsil edib. Teatrın mətbuat xidmətindən
verilən məlumata görə, festivalda iştirak Mədəniyyət Nazirliyi,
Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğız
Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

 

Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr”
festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan
teatrları da iştirak edir.

 

Festival 12-17 noyabr tarixlərini əhatə edir. Akademik Milli Dram
Teatrının kollektivi “Manqurt” tamaşasını noyabrın 14-də təqdim edib.

 

“Manqurt” münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıb. Səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı
bildirib ki, münsiflər heyətinin üzvləri “Manqurt”un rejissor işi,
aktyor oyunu, rəssam işi və musiqi seçimi haqqında yüksək fikirlər
bildirərək bu tamaşanı Azərbaycan teatrının böyük müvəffəqiyyəti kimi
dəyərləndiriblər.

 

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında
hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı,
rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə
Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə
rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

 

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban
Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və İmran Ali
Qurban iştirak ediblər.

 

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı
Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər
keçirilir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !