Büdcənin sosial yönümlü olmasını pensiyaçı niyə hiss etmir?... -

Büdcənin sosial yönümlü olmasını pensiyaçı niyə hiss etmir?...

AZpress.AZ xəbər saytı Sənan Nəcəfovun deputat Aytən Mustafazadənin parlamentdəki çıxışı haqqındakı yazısını təqdim edir:

Deputatın çıxışı məntiqlidir: 10 milyonluq Azərbaycan çox qüdrətli bir dövlətdir.

“Biz həmişə deyirik ki, büdcəmiz sosial yönümlü büdcədir. Amma pensiya alan pensiyaçı, ya da əlil bunu hiss etmir”.

Bunu deputat Aytən Musatafazadə parlamentdə deyib. O qeyd edib ki, pensiyası 5, 10 manat artan pensiyaçı heç nə eliyə bilmir: “144 manat alan pensiyaçı onu yalnız kommunal xərclərinə verir. Başa düşürsüz, biz sosial hüquqlardan danışırıq. Səttar müəllim (Mehbalıyev) çıxışına yaxşı başlamışdı, axırda dedi ki, bunların hamısını yerinə yetirə bilmərik. Niyə yerinə yetirə bilmirik? Dünən də müzakirə zamanı maliyyə naziri Samir Şərifov dedi ki, biz Azərbaycanı Belarusla müqayisə edə bilmərik. Niyə edə bilmərik ki? Cənab prezidentin göstərdiyi səy nəticəsində Azərbaycan hazırda geostrateji layihələrin təşəbbüskarıdır. Kənd təsərrüfatı inkişaf etdirilib. Sonuncu reytinqlərə baxaq. Azərbaycan heç də yazıq ölkə deyil. Xahiş edirəm, belə reaksiya verməyin. Belarus böyük ölkədir. Biz insanlara münasibəti müqayisə edə bilərik.10 milyonluq Azərbaycan çox qüdrətli bir dövlətdir. Biz vətəndaşlarımıza onlar layiq olduğu qayğını göstərə bilərik. Sosialyönümlü büdcə konkret rəqəmlərdə göstərilməlidir. Maaşlar və müavinətlər artırılmalıdır”. 

Sənan Nəcəfov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !