Qubada məktəbli oğlan və qızlar arasında stolüstü tennis turnirinə yekun vurulub - (+FOTOLAR)

Qubada məktəbli oğlan və qızlar arasında stolüstü tennis turnirinə yekun vurulub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Kim sevirsə idmanı poladdan olar canı"sağlam məktəbli spartakiadası adlı layihə çərçivəsində Quba rayonunun
Püstəqasım kənd tam orta məktəbində oğlan və qız şagirdlərin iştirakı stolüstü tennis
üzrə turnir keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qırmızı qəsəbə 1 saylı tam orta
məktəbinin müəllimi Kamran Əlimərdanov layihə barədə məlumat verərək bildirib ki,
məqsəd məktəblilərinin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkilinə
nail olmaq, şagirdlərin, xüsusilə də qızların idmana cəlbinə dəstək olmaq, eyni zamanda
şagirdlər arasında sağlam həyat tərzinin və stolüstü tennis idman növünün təbliğinə
təkan verməkdir.
Rəsmi hissədən sonra yarışa start verilmişdir. Əsasnaməyə uyğun olaraq yarış oğlanlar
və qızların şəxsi birinciliyi və komanda yarışı şəklində keçirilib.
Rustov, Məckə-Xacə, Səbətlər və Püstəqasım kənd məktəblərində təhsil alan
şagirdlərin iştirakı ilə keçirilən turnirdə qızların şəxsi birinciliyində mükafata layiq bütün
yerləri Püstəqasım kənd məktəbinin şagirdləri tutub. Arzu Mustafayeva birinci, Günay
Nəzirova ikinci, Samirə Cəbrayılova isə üçüncü olub.
Oğlanların mübarizəsində Püstəqasım kənd tam orta məktəbinin şagirdi Qərib İsayev
qalib adını qazanıb. Səbətlər kənd tam orta məktəbinin şagirdi Emral Həsənov ikinci,
Püstəqasım kənd tam orta məktəbinin digər təmsilçisi Vüsal Məmmədov isə üçüncü
mükafatı qazanıb.
Komanda yarışlarında da qalib adını Püstəqasım kənd tam orta məktəbinin tennisçiləri
əldə edib. Səbətlər kənd tam orta məktəbinin komandası ikinci, Məckə-Xacə kənd
ümumi orta məktəbinin şagirdləri isə üçüncü yeri tutublar.
Yekunda qalib və mükafatçılar layihə çərçivəsində hazırlanmış diplom və medallarla
təltif olunub.
3 ay davam edən layihə çərçivəsində stolüstü tennis yarışı ilə yanaşı Quba rayonunun
Qırmızı qəsəbə tam orta məktəbində qızlar arasında, Dağlı kənd tam orta məktəbində
oğlanlar arasında voleybol turnirləri, Qaraçay kənd tam orta məktəbndə isə oğlanlar
arasında basketbolun 3*3 növü üzrə yarışlar keçirilib. Ümumilikdə layihəyə 16 kənd
məktəbi üzrə 90 nəfər şagird cəlb edilib.
Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət
ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan
edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif
olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla
ümumilikdə 166 layihə qalib elan edilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !