Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir - (+FOTOLAR)

Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Akademik Milli Dram Teatrı Azərbaycanı “Manqurt” tamaşası ilə
Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edir.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalda iştirak
Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin
Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr
olunan “Aytmatov və teatr” festivalında Azərbaycanla yanaşı Rusiya,
Qazaxıstan, Özbəkistan teatrları da iştirak edir.

Festival 12-17 noyabr tarixlərini əhatə edir.

Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşasını noyabrın
14-də təqdim edəcək.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında
hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı,
rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə
Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə
rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban
Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali
Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak edirlər.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı
Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər
keçirilir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !