Qubada məktəbli oğlanların basketbol turnirinə yekun vurulub - (+FOTOLAR)

Qubada məktəbli oğlanların basketbol turnirinə yekun vurulub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Kim sevirsə idmanı poladdan olar canı" sağlam məktəbli spartakiadası adlı layihə çərçivəsində Quba rayonunun Qaraçay kənd tam orta məktəbində oğlanlar arasında basketbolun 3*3 növü üzrə turnir keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin müəllimi Kamran Əlimərdanov layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkilinə nail olmaq, şagirdlərin idmana cəlbinə dəstək olmaq, eyni zamanda şagirdlər arasında sağlam həyat tərzinin və basketbol idman növünün təbliğinə təkan verməkdir.
Rəsmi hissədən sonra yarışa start verilmişdir.

6 komandanın mübarizə apardığı yarışda Zərdabi qəsəbə məktəbinin komandası qalib adını qazanıb. Qaraçay basketbolçuları ikinci, İsnovqışlaq kənd tam orta məktəbinin komandası isə üçüncü mükafata sahib çıxıb.

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.
Noyabr ayının 27-dək davam edəcək layihəyə Quba rayonunun Püstəqasım kəndində oğlanlar və qızlar arasında keçiriləcək stolüstü tennis üzrə turnirlə yekun vurulacaqdır.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !