Cəmil: - "Mənə nağıl anlatma" - gündəmə damğa vuracaq! - FOTO

Cəmil: "Mənə nağıl anlatma" - gündəmə damğa vuracaq! - FOTO

 AZpress.AZ-a məlumat verən xarizmatik müğənni nəhayət ki, gizli saxladığı sürprizi açıqladı. Söhbət Türkiyənin əksər sənətçilərinə - Sibel Can, Seda Sayan, Nilüfer, Ebru Gündeş və bir çoxların mahnıların söz yazarı Ayşe Birgül Yılmazla olan işbirliyindən gedir:

"Bəli, zamanı yetişdiyi üçün çalışdığım pr direktor Elton Hacıyevin izni ilə türk dilində ifa etdiyim "Bana masal anlatma" (Mənə nağıl anlatma) adlı mahnım haqqında ürəkdolusu indi danışıram. Ayşe Birgül Yılmaz bu sözləri başqasının oxuması üçün yazmışdı. Amma onun niyyəti olsa da, qismət mənim payıma düşdü. Lirik sözlər üzərində olan mahnımdan çox böyük uğurlar gözləyirəm. İnanın, həqiqətən, çəkdiyimiz zəhmətin, işimizin bəhrə verdiyini görmək çox sevindiricidir", - Cəmil belə dedi.

Məlumat üçün bildirək ki, imicində inanılmaz dəyişiklik edən Cəmil əmindir ki, türk dilində ifa etdiyi mahnı qısa zamanda yetərincə dinləyici marağına səbəb olacaq.


  

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !