...FİLOLOGİYA PROBLEMLƏRİ ÜZRƏ ELMİ ŞURANIN İCLASI - (+FOTOLAR)

...FİLOLOGİYA PROBLEMLƏRİ ÜZRƏ ELMİ ŞURANIN İCLASI (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Akademik Rafael Hüseynovun sədrliyi ilə 2018-ci il oktyabr ayının 25-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın bu il üçün sayca 9-cu iclası keçirilmiş və 4-ü elmlər doktorluğu, 30-u isə fəlsəfə doktorluğu hazırlığı olmaqla ümumilikdə 34 nəfər sənəd tədqim etmiş şəxsin mövzuları müzakirə olunmuşdur.
Müzakirələrdə Elmi Şuranın sədri akademik Rafael Hüseynovla yanaşı, şura üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Əskər Rəsulov, Aida Qasımova, Atamoğlan Həsənov, Bədirxan Əhmədov, Qəzənfər Kazımov, Rəhilə Qeybullayeva, Mehdi Kazımov, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Paşa Kərimov və başqaları çıxış edərək fikir və təkliflərini bildirmişlər.
Mövzusunun müzakirəsi və təsdiqi üçün elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Həsənov Əkrəm Bəhram oğlunun “Anadilli klassik Azərbaycan lirikasının XIX əsrdə və XX əsrin əvvəllərində milli poeziyada yaşayan ənənələri və yeni yanaşmalar”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı İmamquliyeva Kifayət Həmzə qızının “Azərbaycan dili dialekt və şivələrinin fonetikası (fonosemantik aspektdə)”, AMEA Folklor İnstitutunun doktorantı Pənahova Güldanə Əmrullah qızının “Türk xalqları folklorunda Molla Nəsrəddin süjetlərinin tipologiyası” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilmişdir.
Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə mövzuları müzakirədən keçən şəxslərdən Bakı Dövlət Universitetinin doktorantı Ağayeva Zülfiyə Əkrəm qızının “Ət-töhfət-üz-zəkiyyə fil-lüğət-it türkiyyə” və Azərbaycan dilinin leksikası”, Azərbaycan Dillər Universitetinin doktorantı Aslanova Səbuhə Aslan qızının “Azərbaycan dilçiliyində mətn sintaksisi”, Azərbaycan Dövlət Pedoqoji Universitetinin dissertantı Babayeva Samirə Oqtay qızının “Söyləmin kommunikativliyinin müəyyən edilməsi”, Gəncə Dövlət Universitetinin doktorantı Süleymanova Ramilə Yusif qızının “Müasir türk dili ilə Azərbaycan dili şivələrindəki müştərək leksik vahidlərin semantikasında sabitlik və dəyişkənlik”, Azərbaycan Dillər Universitetinin dissertantı Bədəlbəyli Pərvin Əflatun qızının “Leksik sinonimlər qeyri-səlis linqvistik qiymət çoxluqları kimi (İngilis dilinin materialı əsasında)”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Cabbarova İzzət Qulam qızının “Azərbaycanca və ingiliscə lüğətlərdə etnokulturoloji informasiyanın linqvistik ifadəsi”, Bakı Slavyan Universitetinin dissertantı Dövlətzadə Məhrux Əfsərağa qızının “Azərbaycan maarifçi-realist nəsrində (1890-1920-ci illər) İslama münasibətin tipologiyası”, Bakı Dövlət Universitetinin doktorantı Tağızadə Vüsalə Mehman qızının “XX əsrin əvvəlləri Azərbaycan nəsrində milli ideal problemi”, Gəncə Dövlət Universitetinin dissertantı Camalzadə Xanım Mərkəz qızının “Türk dilləri xəbərlik kateqoriyası elementlərinin formalaşmasında aqlutinasiya mexanizminin rolu”, Naxçıvan Dövlət Universitetinin dissertantı Cəlilzadə Aidə Məhəmməd qızının “Böyük Britaniya və Amerika media diskursunda abreviaturaların struktur-semantik və funksional xüsusiyyətləri”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı Həsənova Könül Kamran qızının “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə toponimlərin tarixi-linqvistik təhlili”, AMEA Şərqşünaslıq İnstitutunun doktorantı Həsənova Şəhla Nəbi qızının “XX əsr ərəb ədəbi cəmiyyətləri”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani doktorantı Hüseynova Elnurə Elçin qızının “Oğuz qrupu türk dillərində təbiət leksikası”, AMEA Şərqşünaslıq İnstitutunun dissertantı Hüseynova Vüsalə Məzahir qızının “XX əsr ərəb ədəbiyyatı ingilis şərqşünaslığında”, Bakı Dövlət Universitetinin doktorantı Xanlarova Könül Teymurağa qızının “Elçin Əfəndiyevin yaradıcılığı Türkiyə ədəbiyyatşünaslığında”, Xəzər Universitetinin doktorantı Kərimova Validə Sabir qızının “N.Xomskinin sintaktik təlimində cümlənin alt və üst qatları konsepsiyası”, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Qəhrəmanova Nərgiz Camal qızının “Müxtəlif ideoloji sistemlərdəki inzibati idarəçilik modelləri və onların doğurduğu insani münasibətlər kompleksinin Azərbaycan ədəbiyyatına təsiri”, Lənkəran Dövlət Universitetinin doktorantı Məmmədova Nərmin Hamlet qızının “Müstəqillik dövrü Lənkəran ədəbi mühiti”, Bakı Slavyan Universitetinin dissertantı Yolçuyeva Zümrüd Sahib qızının “Polyak dilində paremioloji vahidlərin işlənməsi (xalq nağılları materialı əsasında)”, Azərbaycan Dillər Universitetinin doktorantı Yunusova Günel Xanlar qızının “Bədii mətnlərdə xüsusi adların struktur-semantik aspektləri”, Gəncə Dövlət Universitetinin doktorantı Zamanova Xalidə Yaşar qızının “Sabir Rüstəmxanlının tarixi roman yaradıcılığı”, Bakı Dövlət Universitetinin dissertantı Tağıyeva Aygün Həmidulla qızının “Məhəmməd İqbalın lirikası (urdu şeirləri əsasında)”mövzularının adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilmişdir.
Lakin nəzərə alınmalıdır ki, istər doktorluq, istərsə də fəlsəfə doktorluğu üzrə bu iclasda təsdiq edilmiş həmin mövzuların bir neçəsi artıq ötən tolantılarda nəzərdən keçirilmiş, məhz müzakirələrdən sonra məqbul bir vəziyyətə gətirilmişdi.
Bakı Slavyan Universitetinin dissertantı Əsədova Ümüdiyə Mahir qızının “K.Simonov və H.Abbaszadə nəsrində “insan və müharibə” problemi” mövzusu “K.Simonovun nəsrində “insan və müharibə” problemi” şəklində, Gəncə Dövlət Universitetinin dissertantı Fərəcova Aygün Əli qızının “Məhəmmədzadə Əli Nəzminin yaradıcılığı XX əsrin əvvəlləri realist Azərbaycan ədəbiyyatı kontekstində” əvəzinə “Əli Nəzminin yaradıcılığı XX əsrin əvvəlləri realist Azərbaycan ədəbiyyatı kontekstində” , Gəncə Dövlət Universitetinin qiyabi doktorantı Hüseynova Günay Şəmistan qızının “İlyas Tapdıq yaradıcılığında uşaq şeirlərinin dil və üslub xüsusiyyətləri” mövzusu “İlyas Tapdığın uşaq şeirlərinin dil və üslub xüsusiyyətləri” kimi, Lənkəran Dövlət Universitetinin doktorantı İbrahimova Leyla Tofiq qızının “Səməd Vurğunun əsərlərində paremioloji vahidlərin (atalar sözləri və aforizmlər) üslubi-linqvistik xüsusiyyətləri” mövzusu “Səməd Vurğunun əsərlərində paremioloji vahidlərin üslubi-linqvistik xüsusiyyətləri”, Gəncə Dövlət Universitetinin doktorantı Mustafayeva Ülviyyə Hümbət qızının “Tərcümə mətnlərində semantik və üslubi məsələlər (Azərbaycan və ingilis dillərinin materialları əsasında)” mövzusu isə “İngilis və Azərbaycan dillərindəki tərcümə mətnlərində semantik strutur problemləri” kimi təsdiq edilmişdir.
Naxçıvan Dövlət Universitetinin dissertantı Xudaverdiyeva Tehranə Səyyad qızının “İngilis folkloru Azərbaycan ədəbiyyatşünaslığında” mövzusu ixtisasına uyğun olmadığından, Bakı Slavyan Universitetinin doktorantı Məmmədova Ruqiyyə Bəhrəm qızının “Müasir Azərbaycan dramaturgiyasında komediya janrının xüsusiyyətləri (XX əsrin 90-cı illəri – XXI əsrin əvvəlləri) ” mövzusu dissertantın qəbul olduğu ixtisas şifrinə uyğun gəlmədiyindən, Azərbaycan Dillər Universitetinin əyani doktorantı Məmmədova Səbinə Sumqayıt qızı “Müasir ingilis dilində təhrikedici sual cümlələri və onların semantik-praqmatik xüsusiyyətləri” mövzusu isə “təhrikedici sual cümlələri” ifadəsinin daha munasib terminlə əvəz edilməsi tövsiyyə edilərək təsdiq edilmədi. Bu mövzulara tövsiyyələr nəzərə alınandan sonra növbəti iclaslarda yenidən baxmaq qət edildi.
Ümumiyyətlə, iclasda 5-nin adında dəyişiklik edilməklə 30 mövzu təsdiq edilmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !