Dövlət Komitəsinin nümayəndə heyəti Avropaya səfər çərçivəsində təsis yığıncağında iştirak edib - (+FOTOLAR)

Dövlət Komitəsinin nümayəndə heyəti Avropaya səfər çərçivəsində təsis yığıncağında iştirak edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri Haaqa şəhərində Azərbaycan Səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlanıb.

Daha sonra nümayəndə heyəti Hollandiya və Belçika Azərbaycanlıla¬rı¬nın Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib. Təsis yığıncağında səfirliyin nümayəndələri, təşkilat rəhbərləri, azərbaycanlı gənclər və digər qonaqlar iştirak edib.

Koordinasiya Şurasının yaradılması təşəbbüsünü müsbət dəyərləndirən Dövlət Komitəsinin sədri Azərbaycan diasporunun yeni inkişaf istiqamətləri ilə bağlı məlumat verərək bildirib ki, diasporun qarşısında duran ən başlıca məsələ təşkilatların birgə fəaliyyətinə nail olmaq, diaspor fəaliyyətini koordinasiya etməkdir. Avropanın bir sıra ölkələrində, diaspor təşkilatları tərəfindən, artıq Koordinasiya Şuralarının formalaşdırıldığını qeyd edən Komitə rəhbəri qeyd edib ki, yalnız koordinasiya olunan birgə fəaliyyət, təşkilatların bir-biri və Dövlət Komitəsi ilə sıx əməkdaşlığı nəticəsində hədəflərə çatmaq mümkündür. Eyni zamanda, qeyd edilib ki, Dövlət Komitəsi də birgə, kollegial qərarlara daha çox üstünlük verəcəkdir.

Toplantıda çıxış edən Hollandiya və Belçikadakı diaspor təmsilçiləri də müasir dövrdə təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayaraq vahid şurada birləşmək və gələcək perspektivlərlə bağlı öz fikirlərini bildirib. Müvafiq Koordinasiya Şurasının yaradılması və koordinatorun seçilməsi ilə bağlı təkliflər səsləndirilib.

Beləliklə, görüşdə Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib. Yığıncaqda “EuroAzNL” təşkilatının rəhbəri Emil Əliyev və “Ana vətən” Niderland Azərbaycanlı Qadınlar Bilriyinin sədri Maisə Ağamirzəyeva (Gündoğdu) Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !