Akademik Akif Əlizadə: - Dünyada ilk dəfə olaraq Azərbaycan gülöyşəsi nar sortunun genomu oxunub

Akademik Akif Əlizadə: “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”

AZpress.AZ xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Göyçay şəhərində keçirilən “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransında deyib.

Akademik bildirib ki, dünyada ilk dəfə olaraq alimlərimiz “Azərbaycan gülöyşəsi” nar sortunun genomunu oxuyub və genom məlumatlar ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınıb. Alim onu da vurğulayıb ki, ilk dəfə olaraq AMEA və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib. Narın respublika üzrə yayılması GIS sistemi ilə öyrənilərək bioekologiyası təhlil edilib, kolleksiyalarda olan nar sort və formalarının müasir üsullarla genetik müxtəlifliyi tədqiq edilərək genetik pasportlaşdırılıb.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !