AMEA-nın birgə istehsal etdiyi hərbi təyinatlı cihazlar yüksək texniki göstəriciləri ilə seçilib - (+FOTO)

AMEA-nın birgə istehsal etdiyi hərbi təyinatlı cihazlar yüksək texniki göstəriciləri ilə seçilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimi izləyiblər. Hərbi təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi-Tədqiqat Mərkəzinin alim və əməkdaşları da iştirak ediblər.

Təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladıqları “İldırım RP-10” radiopartladıcısı, “Sərhəd Sipər Sistemi” və digər hərbi təyinatlı cihazlara baxış keçirilib. Adıçəkilən cihazların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.

Qeyd edək ki, “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3,5 min metr məsafədə, birbaşa görüntülü ərazidə isə 7 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirərək mərkəzə məlumat ötürür.
 

 
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :

       ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !