AMEA Naxçıvan Bölməsində yeni nəşrin təqdimatı olub - (+FOTO)

AMEA Naxçıvan Bölməsində yeni nəşrin təqdimatı olub (+FOTO)

AZpress.AZ xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutuMərkəzi Elmi Kitabxana ilə birgə institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Alüminium və dəmir” və “Xörək duzu təbiətin bəşəriyyətə töhfəsidir” adlı kitablarının təqdimatını keçirib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək akademiyanın müxbir üzvü Əli Nuriyevin elmi məsləhətçiliyi ilə işıq üzü görən nəşrlər haqqında ümumi məlumat verib.Alim “Xörək duzu təbiətin bəşəriyyətə töhfəsidir” əsərindən bəhs edərək bildirib ki, kitabda Naxçıvanın daş duz yataqları, xörək duzunun sənayedə, tibbidə tətbiqinə dair məlumat, xörək duzu ilə bağlı deyimlər, miflər və maraqlı faktlar, o cümlədən dünyanın tanınmış daş duz yataqları, duz muzeyləri və məşhur duz göllərinə dair maraqlı yazılar verilib.

Əliəddin Abbasov müəllifin “Alüminium və dəmir” adlı kitabında isə çox müxtəlif sahələrdə geniş tətbiq edilən alüminium, eləcə də dəmirin analitik kimyasına, çəki və həcmi metodlarla təyininə, onların əsas birləşmələrinə, təbii xammal yataqlarına, alınma texnologiyasına və müxtəlif sahələrdə tədqiqlərinə dair məlumatların öz əksini tapdığını deyib.

Daha sonra institutun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Xörək duzu, alüminium və dəmir haqqında qiymətli əsərlər” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoruGünel Məmmədova və Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya elmləri üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynovhər ikinəşrlə bağlı öz fikirlərini bölüşüblər.

Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi
 

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !