Fizika İnstitutunda beynəlxalq konfrans keçirilib - (+FOTOLAR)

Fizika İnstitutunda beynəlxalq konfrans keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda beynəlxalq konfrans keçirilib. Konfrans 2017-2018-ci illər üçün müsabiqədə qalib olmuş “Çeviricili Ge/Si əsaslı sensorlar və germnium və karbon nanostrukturları əsasında partlayıcı detektorlar” layihəsi əsasında təşkil olunub. Layihə AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurasının (CNR) elmi əməkdaşlığına dair saziş və əməkdaşlıq proqramina əsasən 2015-ci ildə elan edilmiş müsabiqədə qalib olmuşdur.

Üç gün davam etmiş konfransda İtaliyanın Parma şəhərində fəaliyyət göstərən Elektronika və Maqnetizm Materialları İnstitutunun 4 əməkdaşı - Dr.Claudio Ferrari (layihə rəhbəri), Dr. Giovanni Attolini, Dr. Giovanna Trevisi, Dr.Sara Bereta və Parma Universitetinin professoru Francesco Sanson iştirak edib. Layihənin Azərbaycan tərəfindən rəhbəri, Fizika İnstitutunun “Bionanostrukturlar fizikası” laboratoriyasının müdiri Sevda Abdullayeva tərəfindən təşkil olunmuş konfransda birgə aparılan elmı tədqiqat işlərinin nəticələri müzakirə edilib.

 

Qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə də tanış olublar. İnstitutun alimləri burada aparılan elmi tədqiqat işləri haqqında məlumat veriblər.

Məryəm Rafaelqızı

AMEA Fizika İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !