Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirildi - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə yaradılan Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirildi.
İlk dəfə böyük dramaturq, filosof, maarifpərvər ziyalı Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası ilə
tamaşaçıların görüşünə gələn kollektiv yarım əsrdə keşməkeşli, ancaq uğurlarla zəngin yol keçib. Bu gün Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbiri tarixi-mədəni hadisə kimi yaddaşlara həkk olundu.
Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov yubiley ssenarisini məhz ilk tamaşanın motivləri üzərində qurub. Dərvişin əcinnələri hadisələrin gedişinə təsir göstərir, süjet xəttini dolğunlaşdırırlar. Amma bu dəfə əcinnələr xeyirxah missiyada çıxış edirlər.
Aparıcıların təqdimatı ilə teatr truppası səhnəyə dəvət olundu və onlar üçün ayrılmış yerlərdə əyləşdilər. Sonra Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevvə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, teatr kollektivini təbrik etdi. Çıxışlarda dövlət başçısının milli mədəniyyətə, incəsənətə xüsusi qayğısından , bu sahədə reallaşan əhəmiyyətli layihələrdən danışıldı. Elə bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə bağlı kollektivin bir qrup üzvünə fəxr adların və "Tərəqqi" medalının verilməsi vurğulandı. Prezident sərəncamı səsləndirildikdən sonra fəxri adlar, habelə “Tərəqqi” medalı əməkdaşlara təqdim olundu. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin sosial-mədəni həyatında fəal iştirakına görə bir qrup aktyoru Fəxri fərmanla təltif etdi.
Kollektivin bu özəl günündə bir-birindən rəngarəng çıxışlar, maraqlı təbriklər oldu. 1969-cu ildə teatrda qoyulmuş ilk tamaşa- “ Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının rejissoru xalq artisti Cənnət Səlimova təbrikə qoşuldu.Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanlarını bir qrup aktyora təqdim etdi.
Milli Akademik Dram Teatrının aktyorları Hacı İsmayılov, Əjdər Həmidov və Əli Nur, Akademik Opera balet teatrının solisti Gülüstan Əliyeva, Bakı Musiqili Teatrının aktyorları xalq artisti İlham Namiq Kamal və digər aktyorlar öz təbriklərini çatdırdılar. Daha sonra zaman-zaman teatrın repertuarında yer tutmuş müxtəlif tamaşalardan fraqmentlər manitor vasitəsilə göstərildi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi də öz təbrikini orijinal formada çatdırdı Respublilanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları musiqi töhvəsini verdi. Həmçinin digər ölkələrdən teatr rəhbərlərinin təbrikləri monitorda göstərildi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !