Uluslararasi Müzik ve Dans Kongresi -

Uluslararasi Müzik ve Dans Kongresi

12-14 oktyabr 2018-ci il tarixində Şimali Kipr Türk Cumhuriyyətində III Beynəlxalq “Avropa Bilim, Sənət və Mədəniyyət” Konfransı keçirilmişdir. Bura Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından – BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə–“Orta Asyave Azerbaycan’da Bağlamanın Tarihi Karşılaştırması”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent Həbibə Məmmədova - “Azerbaycan Bestecilerinin Eserlerinde Türk Teması”, BMA-nın elmi işçisi və dissertantı Könül Əhmədova –“Ölüler ve İskender Tipinin Müzikal Karakteri”, BMA-nın elmi işçisi və dissertantı İsrafilova İlahə Qismət “Azerbaycan Mugamının Gelişiminde Şamakhi Bölgesinin Mugam Geleneklerinin Rolü” mövzusu ilə qatılmışdır.

19-21 oktyabr 2018-ci il tarixlərində Muğlanın Bodrum bölgəsində 4.Uluslararası Müzik ve Dans Kongresi keçirilib. Konqress Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Bolqarıstan NSA Vassil Levski Milli İdman Akademiyasının ortaqlığı ilə keçirilmişdir. Konqresdə Türkiyə, Azərbaycan, Bolqarıstan, Macarıstan, Misir, İrandan olan nümayəndələr çıxışlar etmişlər. Burada konfrans çıxışlarından əlavə WORK SHOPLAR və konsert proqramı da yer almışdır.
19 oktyabr tarixində başlayan konqres 3 gün davam edib. Konqres 100-dən çox elm insanlarını birləşdirərək bu dövlətlərin mədəniyyətinin bağlılığı haqqında fikirləri işıqlandırıb. Marmaris bölgəsində keçirilən 4.Uluslararası Müzik ve Dans Kongresində Fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını təmsil edən professor-müəllim heyətimüxtəlif mövzularda çıxış ediblər:

 

1. Fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Azerbaycan Giyim ve Ziynet Eşyaları Dans Aracılığı ile Tarihin Belleğinde”
2. Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə “Çağımızın IV-VII. Yüzyıllarında Kafkas Albanyasında Müzik Kültürü”
3. sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva “Salman Gambarovun Yaratıcılığında Etno-Caz”
4. Dosent Yalçın Abdulla “Azerbaycan’ın Şamahı İlçesinin Göyler Köyünde Erkeklerin Zikir Meclisinin Uygulanması”
5. Dosent Züleyxa Abdulla – “Doğuve Batı Kültürü Arasında Azerbaycan Müziği Köprüsünün Oluşumuve Sonuçları”
6. Dosent Nuride İsmayılzadə“Azerbaycan ve Türkiye Müzik Kültüründe Shostakovich`İn Yaratıcı ve Sosyal Faaliyetler Değeri”
7. Dosent Həbibə Məmmədova – “Türk Halklarının Müziğinde Köroğlu”
8. Nərgiz Hüseynova- “Şövket Mammadova’nın Yaratıcılığı Bağlamında Azerbaycan Vokal Sanatının Oluşumu”
9. Vüqar Hümbətov- “XX. Yüzyılın Sonlarında ve XXI. Yüzyılın Başlarında Azerbaycan Bestecilerinin Yaratıcılığında Tarihi Hadiselerle İlgili Yazılmış Eserlerin Genel Özellikleri”
10. Gülxar Məmmədova–“XX. Yüzyılda Azerbaycan'da Konser-Tiyatro Organizasyonunun Oluşumu ve Gelişimi”

Doktorantvədissertantlar

1. Derya AĞCA – “Üzeyir Hacıbeylive A. Adnan Saygun’un “Köroğlu” Operalarının Librettolarının Karşılaştırılması”
2. Aysel Əsədova- “Tasavvuf Müziğinin Kısa Tarihi: Türk Bestecilerinin Eserlerinde Tasavvuf”
3. Nigar Məlikova- “Vokal Müzikte Eşlik Geleneğinin Rolü ve Gelişim Süreci”
4. İlahə İsrafilova- “Azerbaycan’ın Şamakhı Yöresinin Müzik ve Dans Gelenekleri”
5. Könül Əhmədova “Üzeyir Hacıbeyli Hicivinin Edebi ve Sanatsal Kaynakları Hakkında”
6. Elmira Hümbətova–“Oktay Racabov'un 10 Azerbaycan Halk Dansı Temelinde Koro İşlemelerinin Özellikleri”
7. Rauf Bəhmənli “Yallı – Dans Sanatının İlkin Şekli Olarak”

 

Konsertdə çıxışetmişlər:

1. Azərbaycan Respublikasının Xalqartisti, BMA-nın böyük elmi işçisi, dosent Zümrüd Məmmədova
2. Dr. dosent Züleyha Abdulla
3. Dissertant Elmira Hümbətova

Bütün məruzələr böyük maraqla qarşılanaraq iki dövlətin mədəniyyətinin birliyini bir daha da sübut edib.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !