Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi münasibətilə təbrik... - - Rafiq Oday

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi münasibətilə təbrik... - Rafiq Oday

Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət Dram Teatrının
rəhbərliyinə və yaradıcı kollektivinə

 

Sizi Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

 

Azərbaycan teatr sənətində mühüm yer tutan Sumqayıt Dövlət Dram Teatrı düz 50 ildir ki, özünün bir-birindən maraqlı tamaşaları ilə sumqayıtlılar üçün sevimli bir sənət məbədinə çevrilmiş, burada dünya və Azərbaycan dramaturgiyasının klassik və müasir nümunələri əsasında hazırlanan yüzlərlə tamaşa şəhər əhalisi, eyni zamanda respublika tamaşaçıları tərəfindən böyük diqqət və maraqla qarşılanmış, onlarda teatr zövqünün, teatr intellektinin formalaşmasına, dünyaya, ictimai-siyasi hadisələrə daha obyektiv və düşüncəli baxışın yaranmasına səbəb olmuş, kollektivə isə böyük tamaşaçı sevgisi qazandırmışdır.

Sumqayıt teatrının səhnəsində bu gün Azərbaycan teatr sənətinin ustadları sayılan, bütün xalqımız tərəfindən sevilən görkəmli rejissorlar və aktyorlar yetişmiş, onların böyük bir hissəsi «Xalq artisti», «Əməkdar artist», “Əməkdar incəsənət xadimi” fəxri adlarına, bir sıra orden və medallara layiq görülmüşlər ki, bu da hər bir sumqayıtlıda haqlı olaraq böyük qürur, iftixar hissi doğurur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 27 sentyabr 2016-cı il tarixində əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğının göstəricisi olmaqla, son dövrdə Sumqayıtda gedən sürətli və genişmiqyaslı sosial-iqtisadi inkişafa təkan vermiş, şəhərin ümumi görünüşünə əlavə rəng qatmışdır. Təbii ki, bu da eyni zamanda, sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına və teatrın yaradıcı heyətinin bir-birindən maraqlı tamaşalar hazırlamasına vəsilə olmuşdur.

Bu gün Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin xətti ilə keçiriləcək möhtəşəm yubiley tədbiri də Sumqayıt teatrına və bu teatrın kollektivinə diqqət və qayğının bir göstəricisidir.

Sizi – teatrın təhbərliyini və daşıdığı vəzifədən asılı olmayaraq hər bir əməkdaşını Sumqayıt Dövlət Dram Teatrının yaranmasının 50 illik yubileyi münasibətilə bir daha təbrik edir, Azərbaycan teatr sənətinin zirvələrinə doğru gedən yolda kollektivin hər bir üzvünə böyük yaradıcılıq uğurları, möhkəm can sağlığı, sevinc və səadət dolu illər, bol tamaşaçı alqışı və sevgisi arzulayıram.

Dərin hörmətlə,

Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti 

 

AZpress.AZ İnformasiya Agentliyinin xəbər saytı kollektivi də sevinclə bu təbrikə qoşulur.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !