Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçirilib -

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçirilib

2018-cü il oktyabrın 17-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçirilib.
Konsertdə BMA-nın birinci kurs tələbələri: Maqsud Musazadə (fortepiano), Nərminə İsmayılova (fortepiano), Sevda Bayramova (fortepiano), Emil İsmayılov (vokal) iştirak ediblər. Konsert proqramında Azərbaycan, rus və dünya klassikasının əsərləri səslənmişdir: Ə.Məlikov "Мимолётности", Abdinurov "Başlanğıc", Hendel – “Scipione”operasından "Generosa" ariyası, M.Maqomayev “Maviəbədiyyət”, Q.Qarayev "Eskiz", С.Рахманинов "Elegiya" - "Mavi əbədiyyət". Konserti Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə layihəsi idi. Təşkilati dəstəyini BMA-nın "Musiqi Nəzəriyyəsi" kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina həyata keçirdi. Konsertin uğurlu keçirilməsi ilə əlaqədar Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin başçısı V.Denisov tərəfindən BMA-nın rəhbərliyinə eləcə də bütün iştirakçılara minnətdarlıq hissi bildirilmişdir.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !