Qubada Məktəblilərin debat klubu adlı layihəyə yekun vurulub -

Qubada “Məktəblilərin debat klubu” adlı layihəyə yekun vurulub

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktəblilərin debat klubu” adlı layihə çərçivəsində Quba şəhərində mini debat turniri keçirilib.

Turnirdə layihə çərçivəsində təlimlər keçirilən Hacıqayıb, Ağbil və Qəçrəş kənd məktəblərinin şagirdləri iştirak edib.

Quba şəhər 4 saylı məktəb-liseyin akt zalında keçirilən tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qəçrəş kənd tam orta məktəbinin müəllimi Aygün Mövlanova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin natiqlik bacarıqlarının artırılması, fikiryürütmə, təhliletmək, araşdırmaq, nəticə çıxarmaq kimi keyfiyyətlərinin yüksəldilməsinə xidmət etmək, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.
Layihənin yekunuda Quba məktəblilərinin ilk debat turnirinin təşkil edilməsinin də məqsədi təlimdə öyrəndiklərinin əyani şəkildə tətbiqini izləmək və gələcək üçün natiqlər müəyyənləşdirməkdir.
Rəsmi hissədən sonra “Elektron resurslar şagirdin tədris keyfiyyətinə müsbət təsir göstərir” mözuzsunda debat turnirinə start verilmişdir.

Yekunda daha hazırlıqlı və daha uğurlu çıxış edən Hacıqayıb kənd tam orta məktəbinin “Aypara” debatçıları turnirin qalibi adını qazanıb. Ağbil kənd tam orta məktəbinin “Ağbil” komandası ikinci, Qəçrəş kənd tam orta məktəbinin “Atom” debatçıları isə üçüncü mükafata sahib olub.
Hacıqayıb kənd tam orta məktəbinin debat komandasının üzvü Ləman Niyyətova turnirin ən yaxşı natiqi seçilib.

Yarışın sonunda qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış kubok, medal, diplom və kitab hədiyyələri təqdim edilib.

3 ay müddəti əhatə edən layihə çərçivəsində Quba rayonunun Hacıqayıb, Ağbil və Qəçrəş məktəblərində ümumilikdə 45 nəfər 9, 10 və 11-ci sinif şagirdi təlimlərə cəlb edilmiş və yekunda mini debat turniri üçün hər məktəbdən 3 nəfər natiq seçilərək yarışda iştirak etmək haqqı qazanmışdır.
Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !