Bakı Musiqi Akademiyasının Şabran şəhərində konsert proqramı keçirilib -

Bakı Musiqi Akademiyasının Şabran şəhərində konsert proqramı keçirilib

 

26 oktyabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorant və məzun heyyətinin Şabran şəhərində Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Yurdumuzun istedadlı gəncləri” adlı konsert proqramı keçirilib. Tədbirdə Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi cənab Nazim Ağayev, Şabran Rayon İcra Hakimiyyəti başcısının müavini cənab Fikrət Nurşiyev, BMA-nın “Şifahi-ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: organologiya və akustika “ elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nuridə İsmayılzadə yaxından iştirak edib.

Konsertdə azərbaycan, rus və qərb bəstəkarlarının əsərləri olmaqla maraqlı repertuar nümayiş olunub.Belə ki, Ü.Hacıbəyli “Cəngi”, F.Şopen “Mazurkalar”, V.Adıgözəlov “Qərənfil”, E.İbrahimova “Ey Vətən”, Pablo de Sarasate “Andaluzkiy romans”, V.Monti “Çardaş”, F.Bədəlbəyli “Dəniz” və s əsərlər peşəkar ifaçılar (Orxan Cəlilov, Nəriman Əmiraslanov, Vüsal Aydəmirov, Təbriz Qədimalıyev, Natiq Yusifov, Aynur İsgəndərli, Nigar Məlikova, Ibrahim Babayev, Urfan Cəfərov) tərəfindən ifa edilib.

Qeyd edək ki,tədbirdə aparıcı qismində bəstəkar, Qara Qarayev təqaüdçüsü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı və əməkdaşı, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" ib Sədri, Bəstəkarlar İttifaqının Üzvüİlahə Qismət çıxış edib. Konsert gurultulu alqışlarla müşayiət olunub.


 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !