Qış idman növləri üzrə Paralimpiya Milli Komandasının xaricdə ilk təlim məşq toplantısı keçiriləcək -

Qış idman növləri üzrə Paralimpiya Milli Komandasının xaricdə ilk təlim məşq toplantısı keçiriləcək

Qış idman növləri üzrə Paralimpiya Milli Komandasının xaricdə ilk təlim məşq toplantısı keçiriləcək.
Milli Paralimpiya Komitəsində Komitənin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə Qış idman növləri üzrə Paralimpiya Milli Komitəsinin Baş məşqçisi və idmançıların iştirakı ilə görüş keçirilmişdir. Görüşdə Komitənin rəhbər işçiləri ilə yanaşı, Azərbaycan Qış idman növləri Federasiyasının nümayəndəsi Afaq Zeynalova da iştirak etmişdir. Müzakirələr zamanı qeyd olunmuşdur ki, Qış paralimpiya idman növləri üzrə Paralimpiya Milli komandasının yaradılması məqsədi ilə Milli Paralimpiya Komitəsi tərəfindən müvafiq Qərar qəbul edilmişdir. Bu məqsədlə Komitə tərəfindən Beynəlxalq Paralimpiya Komitəsinin müvafiq qurumları, Azərbaycan Qış idman növləri Federasiyası, Şahdağ Turizm Mərkəzi QSC və digər uyğun təşkilatlarla danışıqlar aparılmışdır. Həmin təşkilatlarla Qış İdman növlərinin və idmançıların seçilməsi, onların tibbi təsnifatdan keçirilməsi, baş məşqçinin və məşqçilərin təyin edilməsi, onlar üçün təlim məşq yerlərinin müəyyən edilməsi, avadanlıqların alınması və digər uyğun sahələr geniş müzakirə edilmişdir. Nəticə olaraq Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə Şahdağ Turizm Mərkəzi QSC-nin Dağ xizəyi və snoubord idman növləri üzrə təlimatçısı İsmayılov Məhəmməd Sahib oğlu ictimai əsaslarla Milli Paralimpiya Komitəsinin Qış idman növləri üzrə Paralimpiya Milli komandasının Baş məşqçisi vəzifəsinə təyin edilmişdir. Bundan əlavə 2 qış idman növü seçilmiş, hazırda diğər idman növləri ilə məşğul olan idmançılar arasından 4 nəfər ( 2 qız, 2 oğlan ) seçilərək bu idman növlərinə cəlb edilmişlər. Bildirilmişdir ki, Beynəlxalq Paralimpiya Komitəsinin, Azərbaycan Qış idman növləri Federasiyası və Milli Şahdağ Turizm Mərkəzi QSC-inin dəstəyi ilə qış idman növləri üzrə Paralimpiya milli komandası ilk dəfə olaraq məşqçilər üçün hazırlıq kurslarının və idmançıların tibbi təsnifatdan keçirilməsi, eyni zamanda idmançıların ilk təlim məşq toplantılarının keçirilməsi məqsədi ilə 31 oktyabr 2018-ci il tarixdə BƏƏ-ə yola düşəcəklər. Onlar 01-13 noyabr 2018-ci il tarixlərində BƏƏ-də yerləşən “SKİ Dubai” kompleksində qeyd olunmuş tədbirlərdə iştirak edəcəklər. Görüşün sonunda İ.Rəhimov idmançılara uğurlar arzulamışdır.
Qeyd edək ki, Qış paralimpiya idmanı Azərbaycan Paralimpiya hərəkatı tarixində ilk dəfə olaraq yaranır və Paralimpiya Komitəsi ilə Azərbaycan Qış idman növləri Federasiyası və Milli Şahdağ Turizm Mərkəzi QSC-i arasında Qış paralimpiya idman növləri üzrə Paralimpiya Milli Komandasının yaradılması və inkişaf etdirilməsi sahəsində birgə fəaliyyət baradə razılıq əldə olunmuşdur.  

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !