Qubada məktəbli qızların voleybol yarışı keçirilib -

Qubada məktəbli qızların voleybol yarışı keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Kim sevirsə idmanı poladdan olar canı" sağlam məktəbli spartakiadası adlı layihə çərçivəsində Quba rayonunun Qırmızı qəsəbə 1 saylı tam orta məktəbində qızlar arasında voleybol turniri keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin müəllimi Kamran Əlimərdanov layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkilinə nail olmaq, gənc qızların idmana cəlbinə dəstək olmaq, eyni zamanda şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə təkan verməkdir.
Rəsmi hissədən sonra yarışa start verilmişdir.

Yekun nəticədə Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin qızlardan ibarət voleybol komandası turnirin qalibi adını qazanıb. Ağbil kənd tam orta məktəbinin komandası ikinci, Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin ikinci komandası isə turnirdə üçüncü yeri tutub.

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Noyabr ayının 27-dək davam edəcək layihə çərçivəsində Quba rayonunun Dağlı kəndində oğlanlar arasında voleybol, Qaraçay kəndində oğlanların iştirakı ilə basketbol, Püstəqasım kəndində isə qızlar və oğlanların iştirakı ilə stolüstü tennis üzrə turnrilər keçiriləcəkdir.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !