Cİ əməkdaşı Gürcüstanda torpağın eroziyasına aid konfransda iştirak edib -

Cİ əməkdaşı Gürcüstanda torpağın eroziyasına aid konfransda iştirak edib

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı - Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natəvan Cəfərova Gürcüstanın Tiflis şəhəri və eləcə də Kazbeki regionunda “Eroziyanın inteqrasiyalı idarə olunması” mövzusunda keçirilən regional konfransda iştirak edib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” (İBİS) Proqramı çərçivəsində baş tutan tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistanın benefisiar nazirliklərinin və seçilmiş beynəlxalq təşkilatların 80-dən çox ekspert və mütəxəssisi, eləcə də dövlət idarə və müəssisələrinin nümayəndələri iştirak edib.

Konfransda iştirakçılara torpaqların vəziyyətini nümayiş etdirən məlumat bazası təqdim edilib, bu mövzuda təcrübə mübadiləsi aparılıb. İşçi qruplar tərəfindən torpaqların dayanıqlı idarə edilməsi, eroziyaya inteqrasiyalı nəzarət qlobal kontekstdə geniş müzakirə edilib.

Tədbir iştirakçıları konfrans işinin torpaqların dayanıqlı idarə olunması üzrə fəaliyyətlərin genişləndirilməsi və torpaqların idarə edilməsi sistemlərinin yaxşılaşdırılmasında yeni yanaşmaların tədricən tətbiqi ilə nəticələnəcəyinə əminliklərini bildiriblər.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !