Bu ədəb lə hakimiyyətə iddia edirlər… - - Azər Həsrət yazır..

Bu “ədəb”lə hakimiyyətə iddia edirlər… - Azər Həsrət yazır..

Chingiz Aghasi: O puldan sizədəmi çatır? Hesabat istəmək nə.zamandan vicdansızlıqdı? Sizin məntiqinizlə hakimiyətdəkilərdəndə hesabat istəmək olmaz
Eldaniz Quliyev: Chingiz Aghasi , mәnim mәntiqimlә siz bilmәdiyiniz mәsәlәyә qarışırsınız, demәli, burada “yuyulmamış qaşıq” funksiyasını yerinә yetirirsiniz… Ritorikanıza diqqәt etmәsәniz bloka göndәrmәli olacam.

Qurban Məmmədov: Eldaniz Quliyev , səndəmi blok siyasətinə keçdin, Eldəniz? nə tez. şair necə deyib: “Eldənizin bir barmağın kəssən, dönüb haqdan qaçar. Gör bu məzlum aşiqi sərpa söyərlər, ağrımaz…”. “MOLODES”, Eldəniz.

Təqdim edilən bu sitatlar özünü yazıçı, kinodramaturq və ziyalı kimi cəmiyyətə tanıtmaq üçün illərini xərcləyən, amma hələ də ciddi bir uğur qazana bilməyən Eldəniz Quliyevin Facebook səhifəsindəndir. Heç bir müdaxilə olmadan təqdim edirik. 22 oktyabrda “Qurban Mәmmәdov, hәr şey bir qırağa… Әzab-әziyyәt içindә qovrulan siyasi mәhbus ailәlәrinin çörәk puluna tamah saldığın üçün sәn VİCDANSIZSAN!” deyə başlatdığı müzakirədə küçə söz-söhbətinin biri bir qəpikdən də ucuz qiymətə təklif edilir. Açığı, özünü müxalif sayan, Azərbaycan hakimiyyətinin hər addımını təftiş edən və “rejimi” devirməyə çağırış edənlərin bu qədər aşağı enməsi normal insanda sual doğurmaya bilməz.

Yaddan çıxmamış qeyd edim ki, bu müzakirə (əslində qarşılıqlı təhqirləşmə) uzun-uzun davam edib və başqa şəxsləri də ağuşuna alıb. O şəxslər də müxalifdir, Azərbaycanda heç nəyi bəyənmirlər və “rejimi” dəyişmək çağırışları edirlər…

Maraqlıdır ki, belə bir üslubda hələ öz aralarında “müzakirə” aparanlar, iraq-iraq, birdən rəsmi dövlət vəzifəsi, parlament kürsüsü tutmuş olsaydılar nə baş verərdi? Yəqin ki, parlamentdə söyüşün biri bir qəpik, dövlət vəzifəsində də qarşılarına çıxana bir təpik olardı…

Deyəsən, onların üslubu mənə də bulaşmağa başlayır axı. Oxuculardan üzr istəyib fikirlərimi ədəb çərçivəsində davam etdirmək istərdim. Özü də ciddi bir şəkildə.

Bu “müzakirə”yə diqqət ayırmağım, yuxarıda da qeyd etdiyim kimi, onunla bağlıdır ki, adı keçən zati-möhtərəmlər hakimiyyət iddialı müxaliflərdir. Təbii ki, onların haçansa hansısa formada hakimiyyət sahibi olacaqları mümkünsüzdür. Amma indiki gündə ictimai rəyə təsir etməyə çalışmaqları bir gerçəkdir və bizim də vəzifəmiz onların əsl mahiyyətini cəmiyyətə tanıtmaqdır ki, sadə – saf qəlbli insanlarımız aldanmasınlar.

Belə anlaşılır ki, ortada hansısa maliyyə söhbəti var. Daha doğrusu, bunların “siyasi məhbus” adlandırdıqları adamları bəhanə edərək topladıqları pulların mənimsənilməsi baş verib. Yəni bunu da bunlar edir. Ki, bu adamlar Azərbaycan hakimiyyətini ikidə bir rüşvətdə, pul mənimsəməkdə ittiham edirlər…

İndi tutaq ki, lap kimsə hansısa ad altında toplanmış pulu mənimsəyib. Yaxud da belə şübhələr var. Sual olunur: bu məsələni ədəb və əxlaq çərçivəsində araşdırmaq, müzakirə etmək olmazmı? Mənə görə olar. Amma bunlara görə olmaz. Əməllərindən belə anlayıram. Niyə olmaz? Ona görə olmaz ki, bu “siyasi mücahidlər”in olan-qalan ədəbi elə belə “müzakirələr”ə yetəcək qədərdi. Özü də bu “ədəb”lə hakimiyyətə iddia edirlər…

Və ən adi ədəb qaydalarını gözləməyi bacarmayanların siyasi iddialarla çıxış etməsi, özəlliklə də mövcud hakimiyyətə alternativlər təklif etməyə haqqı çatırmı? Məncə çatmır. Çata da bilməz. Çünki bunlar hələ davranış qaydalarını öyrənsinlər, ondan sonra siyasi iddialarla çıxış edərlər…

Lakin davranış qaydalarını da öyrənə bilməyəcəklər. Çünki əvvəlcədən o başa sahib deyildilər, üstəlik də artıq yaş o yaş deyil ki, nəyisə öyrənib mənimsəyə bilsinlər…

Sonda: Bu yazımı onlar yazıya layiq olduğu üçün yazmadım. Sadəcə ona görə yazdım ki, belə adamlarla siyasi müxalifətçilik etmək istəyənlər bir daha düşünsünlər… 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !