II SPARTAKİADANIN MÜKAFATLANDIRMA VƏ BAĞLANIŞ MƏRASİMİ... - (+FOTOLAR)

II SPARTAKİADANIN MÜKAFATLANDIRMA VƏ BAĞLANIŞ MƏRASİMİ... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin təşkilatçılığı ilə AMEA-da II Spartakiada keçirilib. II Spartakiada 4 növ üzrə (şahmat, dama, stolüstü tenni və futbol) qadın və kişilər arasında təşkil olunub. Yarışda AMEA-nın 20 institut və təşkilatı iştirak edib. Oktyabrın 1-25-də keçirilmiş II Spartakiadada 21 medal urğunda (7 qızıl, 7 gümüş, 7 bürünc) mübarizə aparılıb. Dama və stolüstü tennis üzrə yarışlarda birinci yerə qadınlar arasında Fizika İnstitutunun əməkdaşı Aytən Şərifli, dama üzrə yarışda ikinci yerə Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşı Samirə Süleymanova, üçüncü yerə isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı İncə Məhərrəmova layiq görülüb. Kişilər arasında keçirilmiş dama yarışlarında Ramis Həsənov (NKPİ) birinci, Famin Salmanov (Radiasiya Problemləri İnstitutu) ikinci, Rasim Heydərov (Dilçilik İnstitutu) üçüncü olub. Şahmat yarışlarında qadınlar arasında birinci yerə Ziyarət Paşayeva (NKPİ), kişilər arasında Yusif Abdullayev (Fizika İnstitutu), ikinci yerə Sevinc Əliyeva (Dilçilik İnstitutu), Kamran Əliyev (Geologiya və Geofizika İnstitutu), üçüncü yerə isə Nərgiz İsmayılova (İnformasiya Texnologiyaları İnstitutu), Sadiq Həmidov (Fizika İnstitutu) sahib çıxıblar. Stolüstü tennis yarışlarında isə qadınlar arasında Fizika İnstitutunun əməkdaşı Sevda Qəribova ikinci, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Lalə Piriyeva üçüncü yerə layiq görülüb. Kişilər arasında keçirilmiş stolüstü tennis yarışlarında Veysəl Məmmədov (Geologiya və Geofizika İnstitutu) I, Tural Nağıyev (Fizika İnstitutu) II və Şakir Quliyev (Folklor İnstitutu) III olub.
II Spartakiadada 6 (3 qızıl, 2 gümüş, 1 bürünc) medal Fizika İnstitutu I yer, 3 (qızıl, gümüş) medal Geologiya və Geofizika və Neft-Kimya Prosesləri İnstitutu qazanaraq II və III yeri tutduqları üçün AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Fəxri diplomla təltif ediliblər.
II Spartakiadanın yarışları (şahmat, stolüstü tennis və futbol) respublika və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunmuşdur. Dörd hakim AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunub.
II Spartakiadanın KİV-də yüksək səviyyədə işıqlandırdıqlarına görə Mətbuat xidmətinin rəhbəri, Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədr müavini Məryəm Əhmədli, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları, İctimaiyyətlə əlaqələr şöbəsinin jurnalisti Zərifə Feyzullayeva və Beynəlxalq əlaqələr şöbəsinin redaktoru Nərmin Şərifova Fəxri Fərman və pul mükafatı ilə təltif olunub.
AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun aparıcı elmi işçisi, Həmkarlar Komitəsinin və Təşkilat Komitəsinin sədri Sitarə Bağırova, Təşkilat Komitəsinin üzvü: AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Famin Salmanov, Fizika İnstitutunun GAMŞ-nın sədri Qafil Dəmirov, Təşkilat Komitəsinin işçi qrupunun üzvləri: Fizika İnstitutunun əməkdaşları Suma Hüseynova və Xuraman Vəliyeva Fəxri Fərmanla və pul mükafatı ilə təltif ediliblər.
Oktyabrın 25-i II Spartakiadanın bağlanış və mükafatlandırma mərasimi təşkil olunub. Bağlanış mərasimindən əvvəl futbol üzrə yarışların üçüncü yer uğrunda (İqtisadiyyat İnstitutu və AMEA Rəyasət Heyəti) və final (Geologiya və Geofizika İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi) görüşləri keçirilib. Oyunların nəticələrinə əsasən RSXM birinci, Geologiya və Geofizika İnstitutu ikinci, AMEA Rəyasət Heyətinin komandası isə üçüncü yerə sahib çıxıb.
Daha sonra II Spartakiadanın bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da rəsm çəkmək, şeir yazmaq kimi istedadı olan alimlərin üzə çıxartmaq üçün bir sıra tədbirlər planı həyata keçirilir. Buna misal olaraq, IX Rəsm sərgisini, bədii yaradıcılıqla məşğul olan gəncləri fərqləndirmək üçün keçirilmiş “Qoşa qanad” layihəsini göstərmək olar. O, AMEA-nın əməkdaşlarının təkcə elmdə deyil, digər sahələrdə də bacarıqlarını göstərmək üçün burada yaradılan şəraitdən danışıb. Bildirib ki, bu cür tədbirlərə ictimai marağın artmasına səbəb AMEA-nın prezidenti, akademik Akif Əlizadənin apardığı siyasətinin bariz nümunəsidir. O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin elm sahəsində yürütdüyü məqsədyönlü siyasət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində AMEA mühüm inkişaf yolundadır. İ.Həbibbəyli Azərbaycan elminin beynəlxalq aləmdəki mövqeyindən bəhs edib. O, II Spartakiadanın təşkilində xidməti olan hər kəsə, AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinə, AMEA GAMŞ-a AMEA-nın prezidetnti və rəhbərliyi adından minnətdarlığını bildirib.
Tədbir AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun çıxışı ilə davam edib. O, II Spartakiadanın təşkilində böyük kollektivin xidməti olduğunu qeyd edib. H.Qurbanov yarışların beynəlxalq və respublika dərəcəli hakimlər idarə edildiyini vurğulayıb. Oyunların obyektiv keçirilməsində hakimlərin rolundan danışıb. O, gələcəkdə voleybol və basketbol yarışlarının keçiriləcəyi haqqında məlumat verib. Bu sahədə görülən işlərdən söhbət açıb. Professor FİFA-nın hakim inspektoru, AFFA-nın məsul işçisi Asim Xuduyevə minnətdarlığını bildirib. Qeyd edib ki, respublika dərəcəli hakim Rahin Heybətov artıq uzun müddətdir ki, AMEA-da futbol yarışlarını ədalətli idarə edir. Həmçinin o, stolüstü tennis yarışlarının idarə edilməsində göstərdiyi xidmətlərə görə beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasovaya, respublika dərəcəli hakim İsmayıl Mirzəyevə və şahmat yarışlarının idarə olunmasında göstərdiyi xidmətlərə görə AMEA-nın əməkdaşı, beynəlxalq dərəcəli hakim Namiq İsmayılova minnətdarlığını bildirib.
Daha sonra çıxış edən AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun aparıcı elmi işçisi, Həmkarlar Komitəsinin və Təşkilat Komitəsinin sədri Sitarə Bağırova bildirib ki, Yarışda AMEA-nın 20 institut və təşkilatı iştirak edib. Oktyabrın 1-25-də keçirilmiş II Spartakiadada 21 medal urğunda (7 qızıl, 7 gümüş, 7 bürünc) mübarizə aparılıb. Çıxışın sonunda o, qalibləri təbrik edib.
Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib.
Məryəm Rafaelqızı
AMEA AZAD HƏMKARLAR İTTİFAQI
II SPARTAKİADANIN MƏTBUAT XİDMƏTİNİ
RƏHBƏRİ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !