Musiqili Teatrın solisti beynəlxalq festivalda iştirak edib - (+FOTOLAR)

Musiqili Teatrın solisti beynəlxalq festivalda iştirak edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, oktyabrın 11-dən 15-dək Qazaxıstanın Karaqanda şəhərində XX beynəlxalq “Музыкальная Сарыарка” musiqi festivalı keçirilmişdir. Müxtəlif üslub və janrlarda musiqilərin səsləndirildiyi, bir neçə gün davam edən silsilə konsert proqramında Qazaxıstanla yanaşı Türkiyə, Rusiya, Qırğızıstan, Özbəkistan, Tatarıstan və Azərbaycan da iştirak edib. Ölkəmizi bu festivalda Azərbaycan Dövlət Musiqili Teatrının solisti Eleonora Mustafayeva təmsil edərək, təntənəli bağlanış mərasimində Qırğızıstan Respublikasının Xalq artisti Baktıbek Ibıkeev və Rusiyanın Xalq artisti Aleksandr Tsiqankovla bərabər konsertə yekun vurub.
E.Mustafayeva Qırğızıstanın Əməkdar incəsənət xadimi Duysen Ukibayın dirijorluğu ilə Tattimbeta adına Qazaxıstanın Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti altında “Arşın mal alan” operettasından (Ü.Hacıbəyov) Gülçöhrənin ariyasını, “Не пой, красавица при мне” (S.Raxmaninov), “Bolero” (Kyaro), “Gianni Schicchi” (C.Puççini) operasından Laurettanın ariyasını ifa edib.
Möhtəşəm konsertin sonunda Eleonora Mustafayeva və digər ifaçılar mükafatlandırılıb.
İstedadlı aktrisa Musiqili Teatrda bu yaxınlarda - oktyabrın 27-də Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşasında Gülnaz, noyabrın 3-də Rauf Hacıyevin “Talelər qovuşanda” komediyasında isə Nərgiz rolunda çıxış edəcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !