Günay gözəlliyiylə ovsunladı - FOTOSESSİYA

Günay gözəlliyiylə ovsunladı FOTOSESSİYA

Türkiyədə fəaliyyət göstərən məşhur azərbaycanlı top model Günay Musayeva son zamanlar gözəlliyi ilə diqqətləri üzərinə çəkir.

 

AZpress.AZ xəbər verir ki, izləyiciləri üçün tez-tez qüsursuz görüntüsünü yayımlayan Musayeva türkiyəli dizayner Barış Avcının “Haute Couture” geyim brendi üçün yeni fotosessiyaya imza atıb.

 

Məşhur türkiyəli fotoqraf Erman İştahlının kamerası önünə keçən Günay Musayeva öz ənənəsinə sadiq qalaraq cəsarətli pozalar verib.

 

Qeyd edək ki, keçən ay Günay Musayeva azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində "Power of Fire" ("Alovun gücü") adlı yeni kolleksiyasının əsas modeli qismində çıxış edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !