Bakı Musiqi Akademiyasında maraqlı konsert proqramı keçirildi -

Bakı Musiqi Akademiyasında maraqlı konsert proqramı keçirildi

 19 oktyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Edvard Qriq Musiqi Akademiyası (Norveç), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (Azərbaycan), V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası (Gürcüstan), Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası (Qazaxıstan)ilə birgə “Eurasia” Musiqi və Bədii Tədqiqat Biliyi Şəbəkəsi layihəsi çərçivəsində konsert proqramı keçirilib. Qeyd edək ki, layihənin koordinatorları Yeganə Axundova ( Azərbaycan), Dagfinn Bach (Norveç), Nana Şarikadze (Gürcüstan) və Janna Abdulxaliq (Qazaxıstan) olub. Konsertdə İ.S.Bax, E.Brusilovskiy, Ü.Hacıbəyli, V.A.Motsart, S.Tsinzadze, E.Qriq, H.Saverud, K.Şildebaev, M.Thormodsater, Q.Qarayev kimi bəstəkarların əsərləri səsləndirilib. Çıxışlar zamanı səhnədə Baku Chamber Orchestra (dirijor Əməkdar artist Fuad İbrahimov), Maqne Tormodsaezer (Norveç), Rikardo Odriozolo Perez (Norveç), Tomas Tellevin Dahl (Norveç), Hanna Veyts (Norveç), Finlay Takeşi Hare (Norveç), Ziba Rəcəbli (Azərbaycan), Aydana Sşildebayeva (Qazaxıstan), İrina Rostomaşvili (Gürcüstan), Luka Topuriya (Gürcüstan) kimi ifaçıların yüksək performansı nümayiş olunub. Konsert olduqca maraqla qarşılanıb.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !