"Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq"... - - Sona Vəliyeva yazır..

"Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq"... - Sona Vəliyeva yazır..

AZpress.AZ xəbər saytı Sona Vəliyevanın Hüseyn Cavid haqqındakı yazısını oxucularla bölüşür:

Bu gün azərbaycanlı şair, yazıçı və dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin doğum günüdür.
"Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şaxtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkürənin nədən başlandığını və digər prinsipləri öyrənməli idi.
O nə yazıbsa, orada iki xətt var. Biri Tanrıya, biri də milli məfkurəyə bağlılıq.
Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O nə yazdısa, xalq onunla qürür duydu. Ümumiyyətlə, Caviddən danışanda onun acı taleyinə yanmamaq mümkün deyil. Böyük dramaturq Allahına, Tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O sonuna qədər öz əqidəsinə, məsləyinə, arxalandığı məfkurəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq".
Sona Vəliyeva 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !