Lənkəran Dövlət Dram Teatrı İrana festivala gedəcək - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Lənkəran Dövlət Dram Teatrı İrana festivala gedəcək + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Lənkəran Dövlət Dram Teatrının truppası beynəlxalq teatr festivalına dəvət olunub. Bu barədə məlumatı AZpress.AZ-a teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, kollektiv yazıçı-publisist Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanmış “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası ilə İran İslam Respublikasının Həmədan şəhərində keçiriləcək 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında çıxış edəcək. Dünyanın bir sıra teatr truppalarının qatılacağı bu nüfuzlu sənət yarışması noyabrın 20-dən 26-na kimi davam edəcək.
Qeyd edək ki, uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hisləri aşılayan tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları aktyorlar Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirlər.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !