Azərbaycanda efirə çıxmaq üçün..."BAMBILI OL YETƏR"! - - Həcər Məlikova yazır..(AZpress.AZ)

Azərbaycanda efirə çıxmaq üçün..."BAMBILI OL YETƏR"! - Həcər Məlikova yazır..(AZpress.AZ)

Azərbaycanda efirə çıxmaq üçün qaydalar o qədər sadələşib ki, bunun üçün xüsusi bacarığa, istedada, yüksək savada ehtiyac yoxdur. Sadəcə bir az yüngüllük, loru dildə desək, "BAMBILI OL YETƏR"!

Bir də gördün hansısa telekanalın prodüseri telefonuna zəng edib "SƏN AZƏRİ VANDAM BAMBILINI" efirə çıxarır.

MƏSƏLƏN, indi ciy-ciy səsi ilə efirlərdə şivən salan HƏYYASIZ BAYRAM NURLU kimi… Oğurluq etməkdə təqsirləndirilən, yalnız işlətdiyi bir cümlə az qala fenomenə çevrilən “Fəhlələrüyüy”ün “qəhrəmanı” kimi… İndi isə növbə düşük-düşük hərəkətlər edən, ora-bura təpik atmaqla diqqəti özünə çəkməyə çalışan “Azəri Vandam”ındır.

GÖZÜNÜZ AYDIN OLSUN, artıq bu ZAQATALALI BAMBILI VAN DAM da televizordan evimizə boylanır, ağsaqqal, ağbirçəklərimizi salamlayır, körpələrimizin üzünə baxır. Yəqin ki, birazdan XOŞQƏDƏMİN, ZAURUN növbəti verilişlərində ekspert kimi çıxış edib, camaata ağıl öyrədib, mentalitet dərsi də keçəcək.

“Canım sizə desin” verilişinin APARICISI, Əməkdar "ARTİST" Mehriban Xanlarova “Azəri Vandam”la birlikdə onun statusuna yaraşmayacaq şəkildə təpik atır, guya karate fəndləri öyrənir. Əslində, əməkdar artisti təpiyi “Vandam”a yox, onu verilişə çıxararaq təhqir etdiyi tamaşaçısına atdı.

Bunu edən bilirsiz kimdir? Azərbaycanın xalq artisti, korifey sənətkar Zeynəb Xanlarovanın qardaşı qızı… MEHRİBAN XANLAROVA! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !