Qubada Məktəbli eruditlər adlı intellektual yarış keçirilib - (+FOTOLAR)

Qubada “Məktəbli eruditlər” adlı intellektual yarış keçirilib (+FOTOLAR)

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə
2-ci qrant müsabiqəsi";nin fərdi kateqoriya üzrə qalibi olan "Məktıbli eruditlər"region
məktəblilərinin intellekt festivalı adlı layihə çərçivəsində Quba rayonunda məktəblilərin
Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə seçim turniri keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin
müəllimi Nərgiz Mahmudova layihə barədə məlumat verərək bildirib ki, məqsəd
məktəblilərinin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail
olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi
təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.
Tədbirdə çıxış edən Quba rayon Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova bu
kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında,
şəbəkələşməsində, eləcə də tədrisə maraq oyanmasında müstəsna əhəmiyyyəti
olduğunu bildirmişdir.
Rəsmi hissədən sonra yarışa start verilmişdir.
Seçim turunda Quba şəhər məktəbliləri ilə yanaşı, Quba rayonunun İspik, Xucbala,
Digah, Talabıqışlaq, Qəçrəş, Zərdabi, Dağlı, Qəcərzeyid, Qırmızı qəsəbə, Qam-qam, I
Nügədi, Qaraçay Alekseyevka kənd məktəblərinin şagirdləri də iştirak edib
Ümumilikdə 20 komanda tərkibində 120 nəfər şagirdin qatıldığı turnirdə qalib adını
Zərdabi qəsəbə tam orta məktəbinin “Atom” biliciləri tutub. Şəhər 2 saylı məktəb-liseyin
“İstedadlar” komandası ikicini, Texniki Təmayüllü Liseyin “Lider” komandası isə üçüncü
mükafata sahib olub. Yarışın əsasnaməsinə uyğun olaraq hər 3 komanda Quba
şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.
Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.
Noyabr ayının 15-dək davam edəcək layihə çərçivəsində üç rayonda – Qusar, Şabran
və Quba rayonlarında şagirdlərin iştirakı ilə intellektual turnirlər keçirilib və turnirlərin ilk
3 mükafatçısı Quba şəhərində təşkil olunacaq final mərhələsində zona çempionunu
müəyyən edəcəkdir.
Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət
ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan
edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif
olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla
ümumilikdə 166 layihə qalib elan edilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !