Milli qəhrəmanları tanıyaq və tanıdaq adlı tədbir keçirildi - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Milli qəhrəmanları tanıyaq və tanıdaq” adlı tədbir keçirildi +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, 16 oktyabr 2018-ci il tarixində Ramana qəsəbəsi “ Əlillərin Reabilitasiya Mərkəzi” də “Milli qəhrəmanları tanıyaq və tanıdaq” adlı tədbir keçirildi.
Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Bədii və ədəbi yaradıcılıq” şöbəsinin “Nitq mədəniyyəti” dərnəyinin üzvləri vətənpərvərlik şeirlərinə hazırlanmış kompozisiyalarla çıxış etdilər. Tədbir Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədova həsr edilmişdi.

Tədbirdə Sahil Məmmədovun həyat yolunu əks etdirən sənədli film nümayiş etdirildi.

Tədbirin keçirilməsində məqsəd vətən uğrunda canlarını qurban verməyə hazır olan qəhrəmanları yad etmək və yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissini oyatmaqdır.

Tədbirdə Əlillərin Reabilitasiya Mərkəzinin kollektivi, Müharibə Veteranları Birliyinin əməkdaşları, Sahil Məmmədovun cəbhə yoldaşları, keçmiş döyüşçülər və 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak etdilər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !