...Bəzi rusdilli məmurlar kimi sözləri çeynəyə-çeynəyə... - - Rasim Mədəd yazır

...Bəzi rusdilli məmurlar kimi sözləri çeynəyə-çeynəyə... - Rasim Mədəd yazır

20-25 ildən sonra ucqar kəndlərimizdə tək-tük adam tapılacaq ki, azərbaycan dilində danışsın. Çünki əksər valideyinlər uşaqlarını bağçada rus bölməsinə qoyur. Təbii ki, bu, onların öz seçimidir... (Yeri kəlmişkən: Qızım bağça müəlliməsidir. Azərbaycan bölməsində uşaq olmadığı üçün işdən çıxarılıb... Və mən işlə bağlı Bakı şəhərinin bütün özəl bağçalarına bir-bir zəng etmişəm. Bağça müdirələrindən "Bizim ancaq rus dilini təmiz bilən müəlliməyə ehtiyacımız var" cavabını almışam). Beləliklə, uşaq bağçada rus bölməsini bitirib təbii ki, orta məktəbdə də rus bölməsinə gedir. Orta məktəbi bitirdikdən sonra isə bakalavr, magistir və s. pillələri də rus dilində oxuyur. Bu illər ərzində adam azərbaycan dilini unudur, unutmasada belə başlayır bəzi rusdilli məmurlar kimi sözləri çeynəyə-çeynəyə danışmağa...
Şəhərin müxtəlif yerlərində, o cümlədən hər birimizin evinə qədəm qoyan televiziya, radio verilişlərində indi əvvəllər istifadə olduğundan da çox rus sözləri işlədilir, yaxud da, rusca danışılır.
P.S. Bizim dilçi alimlərimiz də özlərinə iş tapıblar: Nə bilim, başlayıblar hansısa sözün əvvəlindən "s" hərifinin, hansısa sözün ortasından "y" hərifinin birini çıxarmağa, hardasa hərifi böyük yazmağa... Belə getsə bunlar heç kimə lazım olmayacaq. Problem bunlar deyil eee, əziz dilçi alimlər, problemi kökündən həll etmək lazımdır... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )