Sumqayıt Dövlət Dram teatrında Müstəqillik günü qeyd olunub... - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram teatrında Müstəqillik günü qeyd olunub... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram teatrında Milli Müstəqillik günü münasibətilə toplantı keçirilmişdir. Teatrın direktoru, Yeni Azərbaycan Partiyasının üzvü, Əməkdar artist Mübariz Həmidov müstəqilliyə aparan yolun çətinliyini, milli məfkurənin formalaşması üçün çox keşməkeşli yollar qət edildiyini bildirdi. Natiq vurğuladı ki, Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Cümhuriyyətinin ömrü qısa olsa da dövlətçilik səlnaməsinə qızıl hərflərlə yazıldı. Sovet dönəmində isə ulu öndər Heydər Əliyev milli mücahidləri imperiya təhlükəsindən qurtardı. Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi ziyalılar məhz Heydər Əliyevin qətiyyəti sayəsində xilas oldular. Bu gün qüdrətli Azərbaycan Ordusunun peşəkar zabitlərinin əksəriyyəti vaxtı ilə ulu öndərin yaratdığı C.Naxçıvanski adına hərbi məktəbin yetirmələridir. Daha sonra Mübariz Həmidov 1991-ci il 18 oktyabrda Müstəqillik aktının qəbulunu xatırlatdı və 1992-ci ildə az qala itirilməkdə olan müstəqilliyimizin Heydər Əliyev tərəfindən xilas edildiyini bildirdi. Habelə teatrın rəhbəri suveren dövlətimizin siyasi və iqtisadi qüdrətinin artmasında Yeni Azərbaycan Partiyasının lideri Heydər Əliyevin önəmli rolundan danışdı.
Daha sonra YAP üzvləri – teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, ərazi təşkilat sədri Samirə Məlikova öz fikirlərini bölüşdü. Çıxış edənlər ən ali nemət olan müstəqillik, azadlıq duyğularının hansı çətinliklərdən, təqiblərdən keçdiyini bir daha xatırlatdı və sonda Mübariz Həmidov görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyevin qürurla söylədiyi “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır.” kəlamından hər zaman fərəh duyduğunu bildirdi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !