Məşhur Müntəxəbüt-toriyyə əsəri çap edilmişdir -

Məşhur “Müntəxəbüt-toriyyə” əsəri çap edilmişdir

AZpress.AZ xəbər verir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Əbilova Zəkiyyə Ağababa qızının “Müntəxəbut-toriyyə” Əbdülkərim ağa Badkubinin tərcüməsində” əsəri çapdan çıxmışdır.
Kitab Hz. Peyğəmbərin (s) göstərişi ilə Hz. Əlinin (ə) Tövratdan etdiyi 40 surənin tərcüməsindən bəhs edir. Kitaba “Müntəxəbut-toriyyə” əsərini Azərbaycan dilinə tərcümə etmiş Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin həyat və yaradıcılığından bəhs edən oçerklə yanaşı, tərcümə mətninin transfoneliterasiyası da daxil edilmişdir. Bundan əlavə, kitaba bu əsərin Əlyazmalar İnstitutunun xəzinəsində mühafizə olunan əlyazmalarından biri və Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin öz xətti ilə olan əlyazmasının faksimile surəti əlavə edilmişdir.
Kitabın redaktoru akademik Vasim Məmmədəliyevdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !