Azərbaycan Xalq Mahnıları Festivalının bağlanış mərasimi keçirilib - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Azərbaycan Xalq Mahnıları Festivalının bağlanış mərasimi keçirilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, Ramil Qasımov Azərbaycan Xalq Mahnıları Festivalının bağlanış günündə konsert proqramı ilə çıxış edib - Foto Ramil Qasımov dirijorluq edib Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Mahnıları Festivalının bağlanış mərasimi keçirilib. Anşlaqla baş tutan gecədə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun baş dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiəti ilə əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımov konsert proqramı ilə çıxış edib. Festivalın bədii rəhbəri Ramil Qasımov 5 gün müddətində keçirilən Xalq Mahnıları Festivalında bir-birindən maraqlı xalq mahnılarını nümayiş etdirən kollektivlərə təşəkkürünü bildirib: "Çox sevindirici bir haldır ki, Azərbaycan Radiosunun Qızıl Fondunda illərlə tarixi olan və saxlanilan xalq mahnıları bugünkü nəsilə çatdırılır. 100 ilə yaxın tarixi olan xalq mahnılarını müasir gəncliyə sağlam şəkildə ötürdüyümuz üçün qürur hissi duyuruq". R. Qasımov çıxışında onu da deyib ki, bu gün hər bir uğurlu işin önündə dövlətin qayğı və diqqəti dayanır: "Qayğı və diqqət olmasa bu işləri ərsəyə gətirmək qeyri-mümkündür. Bu diqqət və qayğı üçün biz hər zaman dövlətimizə minnətdarıq. İstər ölkədə, istər ölkə hüdudlarından kənarda keçirilən irimiqyaslı festival və tədbirlərin hər biri Azərbaycan mədəniyyətinə bir töhfədir. Festivalda iştirak edən bütün yaradıcı və texniki heyətə təşəkkürümü bildirib". Gecədə Ramil Qasımov "Küçələrə su səpmişəm", "Pəncərədən daş gəlir", "Xumar oldum", "A Leyli", "Evləri var xana-xana", "Aman təklik əlindən", "Ay qız" və digər xalq mahnılarını ifa edib. Sonda isə Ehtiram Hüseynovun ifa etdiyi "Qara gilə" mahnısına Ramil Qasımovun dirijorluq etməsi sürəkli alqışlarla qarşılanıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !