Sumqayıt Dövlət Dram Teatrından daha bir yeni tamaşa... -

Sumqayıt Dövlət Dram Teatrından daha bir yeni tamaşa...

AZpress.AZ xəbər verir ki, 50 illik yubileyi ərəfəsində Sumqayıt Dövlət Dram teatrı daha bir yeni tamaşa üzərində son hazırlıq işlərini başa çatdırmaq üzrədir.
Kiçik yaşlı tamaşaçılar və məktəblilər üçün nəzərdə tutulmuş tamaşa Rus xalq nağılı əsasında səhnələşdirilmiş və "Kim güclü, kim aqıllı?" adı ilə nümayiş olunacaqdır.
"Musiqili birbaşa, ibrətamiz tamaşa" janrında hazırlanmış səhnə əsərində dovşanın və dostu kirpinin aqıllı, uzaqgörən, fərasətli olmasından bəhs edilir.
Tamaşada meşə qanunları ilə yaşayan heyvanların güc ilə deyıl, məhz aqılla düşmənə qalib gəldiyini dovşanın timsalında görmək olar. Dovşan az zəkası ağlı, məntiqi ilə hətta canavarı, tülkünü belə ram edə bilir. 
Tamaşaya baxan kiçik yaşlı tamaşaçılara ötürülən mesaj bundan ibarətdir; həyatda böyük uğurlara qol gücü ilə deyil, ağılla, dərrakə ilə imza atmaq olar! 
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur. 
Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Kamran Muradlı, Vəfa Qurbanova, Mətləb Səfərli, Sevda Hüseynova, Elmir Mehdiyev və Rövşən Əsgərov ifa edirlər.
Tamaşanın premyerası oktyabr ayının 17-də saat 1100-da baş tutacaqdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !