“ƏSGƏRLƏR UNUDULANDA ÖLÜRLƏR” sənədli filminin çəkilişləri yekunlaşıb - (+FOTOLAR)

“ƏSGƏRLƏR UNUDULANDA ÖLÜRLƏR” sənədli filminin çəkilişləri yekunlaşıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, “ƏSGƏRLƏR UNUDULANDA ÖLÜRLƏR” sənədli filminin dörd ay davam edən çəkilişləri yekunlaşıb. ARB “Aranfilm” Kino Mərkəzində hazırlanan filmin ssenari müəllifi Arif Əliyev, rejissoru Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, bəstəkarı Vaqif Gərayzadə,icraçı direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç,prodüseri İqbal Məmmədəliyevdir.Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılıb.
Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70-minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Burada bir əsrdən artıq Azərbaycan xalqından gizlədilən tarixi həqiqətlər aşkarlanacaq, bir çox sənədli materiallar ilk dəfə tamaşaçılara təqdim ediləcək. Film ilin sonunadək ekranlara çıxacaq.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )