TURKSOY Musiqili Teatrın solistini mükafatlandırdı - (+FOTOLAR)

TURKSOY Musiqili Teatrın solistini mükafatlandırdı (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərindəki tarixi Bellapais monastırında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı –TÜRKSOY-un 25 illiyinə həsr olunmuş Beynəlxalq “Opera günləri” keçirilib.
Şimali Kipr Türk Respublikasının Milli Təhsil və Mədəniyyət Nazirliyi, həmçinin, Mədəniyyət məsələləri üzrə Departamentinin dəstəyi ilə keçirilən bu tədbirində türk dünyasının tanınmış opera ulduzları iştirak edib. Solistlər - Şimali Kipr Türk Cümhuriyyətinin Samsun Dövlət Opera və Balet Teatrından Toğrul Ənvər Törə və Sermin Dikmən Törə, Qırğızıstan Dövlət Operasından Əzizə Mamatnazar qızı, Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasından Leyla Gurtueva, Qazaxıstanın Türkistan Əyaləti Valiliyinin Operasından Yerlan Jandarbay, Astana Operasından Nazim Sağıntayla yanaşı, ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Eleonora Mustafayeva təmsilı edib. Konsertdə iştirakçılar klassik əsərlər və mənsub olduğu xalqın milli operalarından nümunələr təqdim ediblər.
Eleonora Mustafayeva Qırğızıstanlı konsertmeyster Yulia Babiçin müşaiəti ilə “Sevgilim” (R.Hacıyev), “Əziz Surət” (Tofiq Quliyev), “Tu, ca nun chiagne” (E. De Curtis) əsərlərini, “La Gioconda” (A. Ponçielli) operasından Giocondanın ariyasını oxuyub.
Möhtəşəm konsertin sonunda opera ifaçıları “Traviata” (C.Verdi) operasından “Brindisi” ariyasını birlikdə ifa ediblər və tamaşaçılar tərəfindən ayaq üstə, sürəkli alqışlarla qarşılanıblar. Eleonora Mustafayeva və digər iştirakçılar TURKSOY tərəfindən mükafatlandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !