Ah, bu uzun sevda yolu tamaşasının premyerası keçirilib - (+FOTOLAR)

“Ah, bu uzun sevda yolu“ tamaşasının premyerası keçirilib (+FOTOLAR)

Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin 110 illiyinə həsr
edilmiş tədbir keçirilib. Teatrın mətbuat xidmətindən AZpress.AZ-a verilən məlumata görə, Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən reallaşıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl
Müşfiqin həyat və yaradıcılığından danışıb.

Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və
vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik
hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub,
eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə
aparıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik
ədəbiyyatımızdan bəhrələnib.

Sonra unudulmaz şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda
yolu” tamaşasının premyerası olub. Dramaturq Əli Əmirlinin eyniadlı
əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram
Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov,
rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham
Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva
(Dilbər), Ayşad Məmmədov (Frençli kişi), xalq artisti Hacı İsmayılov
(Müdrik şair), aktyor Elnar Qarayev (Dost şair), əməkdar artistlər
Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair),
aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair),
Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) və əməkdar artist Elşən
Cəbrayılov (aparıcı) ifa edir.

Tamaşanı Xanım Həsənova idarə edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !