Bakı Musiqi Akademiyasında konsert keçirilib - (+FOTOLAR)

Bakı Musiqi Akademiyasında konsert keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 4 oktyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın 3-cü kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun (Müəllim:professor S.Sinamdzqvarişvili) və G.Şaroyev adına 35 saylı 11 illik Musiqi Məktəbinin 6-cı sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanovanın iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi və Müəllimlər gününə həsr olunmuş konsert keçirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Xalq artisti, professor F.Bədəlbəyli,  G.Şaroyev adına 35 Saylı Musiqi Məktəbinin direktoru Y.Vəliyev, Ü.Hacıbəyov adına ev muzeyinin direktoru və Bəstəkarlar İttifaqının katibi S.Fərəcovun iştirakı ilə keçirilən konsertdə ifaçılar Ü.Hacıbəyli “Leyli və Məcnun” operasından Müqəddimə və giriş, “Cəngi”, F.Şubert  “Bayram marşı” və Eksprompt, F.Şopenin fortepiano əsərləri, ispan bəstəkarlarının əsərləri şövqlə səslənib.
İfaçılar solo ifaları ilə növbələşməklə yanaşı ansambl ifaları ilə də tamaşaçıların diqqətini cəlb edib. Konsertin sonunda G.Şaroyev adına 35 saylı 11 illik Musiqi Məktəbinin direktoru Y.Vəliyev müəllimlərin bayramını təbrik edərək BMA rəhbərliyinə yaradılan şəraitə görə və ifaçılara təşəkkürünü bildirib. Qeyd edək ki, N.Əmiraslanov da G.Şaroyev adına 35 Saylı Musiqi Məktəbinin yetirməsidir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !