Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa təhvil verildi... - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa təhvil verildi... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanmış tamaşaya daxili baxış keçirilmişdir. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədov, rəssamı Arif Müzəffərovdur. Tamaşada əsas obrazları aktyorlar Dağlar Rüstəmov, Vəfa Qurbanova, İlqar İbrahimov, İlham Səfərli, Mətanət Əmirullayeva, Akif Mirzəyev, Yalçın Səlimov, Şəmistan Süleymanlı, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Fuad Kazımov,Vaqif Səmədzadə və b. ifa edirlər.
Müəllif tərəfindən başdan ayağa uydurma adlandırılaraq abstrakt komediya janrında hazırlanmış tamaşada Mamoy kişi hər dəfə yuxu görəndə çin olur. Qorxuya düşən kənd bir nəfərin yuxusunun əsirinə çevrilir. Rejissor versiyasında isə səhnədə baş verən bütün hadisələrin Mamoyun yuxusunda olduğu göstərilir. Kənd camaatı Mamoyu öldürür. Bu əslində rejissor yozumunda rəmzi xarakter daşıyır. Bu rəmz daxilimizdəki xofun, xürafatın, qorxunun ölməsidir.
Teatrın direktoru əməkdar artist Mübariz Həmidov, baş rejissor xalq artisti Firudin Məhərrəmov çıxış edərək əsərin günümüzlə səslənməsini və aktuallığını qeyd etdilər. Aktyorların ifası barədə fikirlərini bölüşərək tövsiyələrini verdilər.
Sonda bədii şuranın qərarı ilə tamaşa qəbul olundu.

 

                                                                                       ***

 

Sumqayıt Dövlət Dram Teatrının
oktyabr ayı üçün repertuarı

 


 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !